Rusiyanın "Vaqner" muzdlu qüvvələrinin qurucusu Yevgeni Priqojin Ukraynanın Baxmut şəhərinin Rusiya qüvvələri tərəfindən "praktiki olaraq mühasirəyə alındığını" və Kiyev qüvvələrinin yalnız bir çıxış yolu olduğunu bildirib.
Priqojin rəsmi Kiyev qüvvələrini “Vaqner”in aylardır ələ keçirməyə çalışdığı şəhərdən çıxarmağa çağırıb
12:07
***
Ukraynanın Baxmut rayonu uğrunda Rusiya hərbçiləri Ukrayna ordusu arasında qızğın döyüşlər gedir.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Rusiya qüvvələri Donetsk əyalətindəki Baxmuta aylardır, bəzən dalğalar şəklində hücum edir və bu yer müharibənin ən qanlı döyüşlərindən birinə çevrilib.
"Baxmutda gecə-gündüz döyüşlər gedir... Vəziyyət kritikdir", - bunu Ukrayna Milli Qvardiyasının komandirinin müavini Vladimir Nazarenko Ukrayna NV Radiosuna bildirib.
Əkbər Şəbəndəyev