İsrail gəmiləri BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) humanitar karvanına atəş açıb.
Ednews "Əl - Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə UNRWA-nın Qəzzadakı direktoru Tomas Uayt sosial şəbəkə üzərindən məlumat verib.
"Bu səhər Şimali Qəzzaya hərəkət etməyi gözləyən ərzaq karvanı İsrail dəniz qüvvələrinin açdığı atəşlə vuruldu - şükürlər olsun ki, heç kim xəsarət almayıb", - o, X səhifəsində yazıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ, Böyük Britaniya, Almaniya və Kanada da daxil olmaqla bir neçə ölkə Fələstinin HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilindiyinə görə UNRWA-nın maliyyələşdirməsini dayandırdığını elan etmişdi.
Əkbər Novruz