Böyük Britaniyanlın Ukraynaya yeni hərbi yardım paketinin təfərrüatları bəlli olub.
Ednews "Anadolu Ajansına" istinadən xəbər verir ki, krallıq Ukraynaya 90 yüksək dəqiqlikli "Brimstone" raketi, 10 AS-90 özüyeriyən artilleriya qurğusu və 250 min döyüş sursatı verəcək.
Bu barədə Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Odessaya səfəri zamanı bildirib.
Ukraynaya növbəti hərbi yardım paketinə həmçinin 50 kiçik qayıq, 40 minatəmizləmə maşını, müdafiə mövqelərini gücləndirmək üçün 61 buldozer və əvvəllər tədarük edilmiş AS-90-lar üçün ehtiyat hissələri daxildir.
Əkbər Novruz