"EDnyus" xəbər verir ki,İran İslam Respublikasının Xarici İşlər Naziri Abbas Əraqçi bunu Çinin "CCTV" kanalına müsahibəsində bildirib. İran İslam Respublikasının istənilən diplomatik təzyiq mexanizminə müqavimət göstərmək iqtidarında olduğunu vurğulayan İran XİN İsrailin hücumlarının genişmiqyaslı müharibəyə səbəb ola biləcəyini də istisna etməyib.
“Ümid edirəm ki, İsrail bu cür ehtiyatsız hərəkətlərdən çəkinəcək, çünki bu, genişmiqyaslı müharibəyə səbəb ola bilər”