Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya regionları üzərində Ukraynaya məxsus 27 PUA məhv edib.
"EDnyus" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb: “15 PUA Belqorod vilayətində, 7-si Voronejdə, 3-ü Tambovda və 2-si isə Kursk vilayətinin səmasında məhv edilib”, – deyə məlumatda bildirilir. Xatırladaq ki, Ukrayna ordusu Rusiyanın sərhədyanı rayonlarını müxtəlif üsullardan istifadə etməklə atəş altında saxlayır. Onlar Belqorod, Bryansk, Kursk və Voronej rayonlarını müntəzəm atəşə tutur və hücuma keçir.