ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ ordusuna məxsus “Apache” helikopterinin pilotlarının vəziyyətinin yaxşı olduğunu bildirib.
EDnews xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanının uçuş zolağında jurnalistlərə açıqlamasında deyib.
Tramp bildirib ki, Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ ordusuna məxsus “Apache” helikopterinin pilotlarının vəziyyəti yaxşıdır.
Onun sözlərinə görə, qəza nəticəsində heç kim xəsarət almayıb.
ABŞ Prezidenti əlavə edib ki, administrasiya gün ərzində hadisə ilə bağlı hesabat yayacaq.






