Liviyanın Sirt şəhərində İŞİD terror qruplaşmasının silahlıları ilə döyüşlərdə 8 liviyalı əsgər həlak olub, 23 hərbçi yaralanıb.
Döyüşlərdə azı 10 silahlının məhv edildiyi bildirilir.
Qeyd edək ki, Liviyada Sirt şəhərində terrorçulara qarşı əməliyyat mayın 12-də başlayıb.
Məlumata görə, şəhərin əksər əraziləri terrorçulardan təmizlənib. Şəhər uğrunda gedən döyüşlərdə 400 nəfər ölüb, 2 500 nəfər yaralanıb.
Qeyd edək ki, avqustun 1-dən ABŞ hərbi aviasiyası İŞİD-in Sirtdəki mövqelərinə hava zərbələri endirir.