HƏMAS Hərəkatı Qüdsdə sadə insanlara, polislərə atəş açan Musabah Əbu Sabihin fəalı olduğunu açıqlayıb.
“Sputnik” agentliyinin verdiyi məlumata görə, bazar günü Qüdsdə bir nəfər tramvay dayanacağında insanlara, nəqliyyat vasitələrinə və onu izləyən İsrail polislərinə atəş açıb, 8 israilli yaralayıb.
Yaralanan israillilərdən 2 nəfəri – yaşlı qadın və polis əməkdaşı xəstəxanada həyatlarını itirib. Əbu Sabih isə polis tərəfindən güllələnərək öldürülüb. O, İsrail vətəndaşı olub.
HƏMAS-ın bəyanatında bildirilib ki, Musabah Əbu Sabih İsrail hakimiyyəti tərəfindən daim yol verilən pozuntulara cavab olaraq bu addımı atıb.