İraqın Kərkük vilayətində yerə döşənən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər yaralanıb. Kərkük Vilayət və Nahiyələr Polis rəisi Sərhad Qədri Kərkükün qərbində yerə döşənən partlayıcı qurğunun partladığını söyləyib.
Partlayışda 4 nəfər yaralanıb. Yaralı 4 nəfərin qadın və uşaqlardan ibarət olduğu bildirilib. Yaralılar müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.