"Eurasia Diary" TASS agentliyinə istinadən məlumat verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin bəyan edib ki, Rusiya Suriyanın Hələb şəhərində birtərəfli qaydada 8 saatlıq atəşkəs elan edib.
Qeyd edək ki, “Biz birtərəfli qaydada 8 saatlıq atəşkəs elan edirik. Bu müddət ərzində Rusiya və Suriya aviasiyası Hələbdə əməliyyatları dayandırır. Düşünürəm ki, daha uzunmüddətli, misal üçün 48 və yaxud 72 saatlıq atəşkəs müəyyən qarşılıqlı razılaşmalar tələb edir”, deyə V.Çurkin bildirib.
Xatırladaq ki, bundan əvvəl BMT dinc əhaliyə humanitar yardımın çatdırılması üçün 8 saatlıq fasilənin kifayət etməyəcəyini bildirib.