"Eurasia Diary" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
Qeyd edək ki, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.