Suriyada yaşayan ermənilərin Ermənistana axını davam edir.
İRİB-nin verdiyi məlumata görə, Suriya ermənilərindən təqribən 12 000 nəfəri bu ölkədə gedən müharibəyə görə, Ermənistana mühacirət edib. Qeyd edək ki, Suriyada 100 000 erməni yaşayır.
Ermənistana mühacirət edən Suriya ermənilərinin başlıca problemi məskəndir. Bu məlumata görə, Suriyadan Ermənistana mühacirət edən ermənilərin yalnız 30%-i Ermənistanda özünə mənzil tapa bilib.
Erməni mühacirlərin çoxu hələ də müvəqqəti sığınacaqlarda və ya yaxınlarının mənzillərində qalmaqdadırlar.
Az yaşlı uşaq və əlil insanlar isə Ermənistan dövləti tərəfindən xüsusi himayə proqramına daxil ediliblər.