Yəməndə 72 saatlıq atəşkəs bu gün səhər tezdən qüvvəyə minib.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, Ərəbistan kralı Salman dünən Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin xahişi ilə bu ölkədə atəşkəslə razılaşıbdır.
Yəmənin səhiyyə nazirliyi özünün son məlumatında bildiribdir ki, ötən 19 ay ərzində səud koalisiyasının Yəmən xalqına qarşı hücumlarında səkkiz mindən çox yəmənli ölüb, 19500 nəfər də yaralanıbdır.