Hindistan və Pakistan sərhədçiləri arasında baş verən qarşıdurmada 8 nəfər həlak olub. Onlardan 7-si pakistanlı hərbçi, biri isə terrorçudur.
Pakistan hərbçiləri cümə günü Kəşmirin Katva bölgəsində sərhəd boyunca Hindistanın mövqelərinə atəş açıblar. Bu insidentdə bir hindistanlı əsgər yaralanıb.
Hindistan və Pakistan arasında qarşıdurma ötən üç ayda Hindistanın nəzarətində olan Kəşmirdə təhlükəsizlik qüvvələri tərəfindən əl-Mücahid partiyasının başçısı Bürhan Müzəffər Vaninin öldürülməsindən sonra başlanıb.