Gürcüstanın Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, iki yaraqlının NATO-nun Tiflisin yaxınlığında yerləşən təlim düşərgəsinə hücum edib.
"Eurasia Diary" xəbər verir ki, hücum edənlərin biri güllə yarası alaraq ölüb, o biri isə qaçıb.
Gürcüstan Müdafiə Nazirliyi bu hücumun məqsədi və təfərrüatı barədə məlumat verməyib.
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 11 il öncə Tiflis şəhərinin yaxınlığında fəaliyyətə başlamış təlim düşərgəsi Gürcüstanın və regionun digər ölkələrinin əsgərlərinin hərbi təlimləri üçün istifadə olunur.