"Eurasia Diary" Gürcüstan KİV-inə istinadən məlumat verir ki, hərbi polis komandanlığının istintaq idarəsinin rəisi Zurab Kuxianidze bildirib ki, NATO-nun hərbi-təlim bazasına hücum edənin şəxsiyyəti müəyyənləşib.
Belə ki, onun sözlərinə görə, hücum edən 1993-cü ildə anadan olmuş, Giqa Romanoviş Şengeliyadır.
Bu barədə, "Bunun hərbi xidmətlə əlaqədar olub-olmaması məsələsi haqda hələlik heç bir söz deyə bilmərəm. Mənə onun kimliyini müəyyənləşdirmək və işlədiyi yer barədə məlumat toplamaq tapşırılıb", - deyə rəis Gürcüstanın "Rustavi 2" telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, Z.Kuxianidze deyib ki, postda duran əsgərə hücum edilib: "O, xəbərdarlıq etdikdən sonra havaya atəş açıb. Növbətçi əsgər sorğu-sual olunub".