Hindistan ordusu Cammu və Kəşmir ştatlarında Keran sektorunda Pakistan ordusunun dörd hərbi postuna zərbə endirib. Nəticədə Pakistanın 20 hərbçisi öldürülüb.
"Eurasia Diary" Hindistan mətbuatına istinadla xəbər verir ki, Pakistan hərbçiləri atəşkəsi tez-tez pozduğundan Hindistan ordusu ona cavab vermək məcburiyyətində qalıb. Atəşkəsin pozulması nəticəsində Maçil sektorunda 1 Hindistan hərbçisi ölüb.