Hələbin Karm Hamud bölgəsinə dörd bomba düşüb. Bombanın düşdüyü ərazidə dərin çuxurlar yaranıb, su sistemləri partlayıb. Çuxurlarda yaranan gölməçələrdə uşaqlar müxtəlif oyunlar oynayırlar.
"Eurasia Diary" Anadoluya istinadən xəbər verir ki, Hələbin 14 yaşlı sakini olan Əhməd dediyinə görə, Rusiya təyyarələrinin atdığı bombalar nəticəsində hər yer darmadağın olub. "Biz uşaqların oynamağa yeri yoxdur. Ona görə də, bu çuxurlarda oynayırıq".
Uşaqların əksəriyyəti bombanın yaratdığı çuxurlara dolan sularda çimirlər. 5-7 metr diametri olan çuxurlardan sakinlər həm də məişət ehtiyaclarını ödəmək üçün istifadə edirlər.
Əhməd qeyd edir ki, bombardman nəticəsində şəhərin su sistemi ciddi zərər görüb. Əhali təmir etmək istəyir, amma hava zərbələri dayanmaq bilmir.
Qeyd edək ki, sentyabr ayında Rusiyaya məxsus döyüş təyyarələrinin Hələbin şərq hissəsini bombalaması nəticəsində şəhərin su sistemi iflic olub.