İraqın Kərbəla və Fəllucə şəhərlərindəki terror hücumlarında 14 nəfər öldü, 20-dən çox insan isə yaralandı.
"Eurasia Diary" xəbər verir ki, Kərbəlanın qərbində olan Aynut Temr qəsəbəsində 6 canlı bomba ilə təhlükəsizlik qüvvələri arasında toqquşma oldu, 5 terrorçu zərərsizləşdirildi.
Təhlükəsizlik qüvvələrinin əlindən qaçmağı bacaran bir canlı bomba isə bir evə girərək üzərindəki partlayıcıları işə saldı
6 nəfərin öldüyü, 6 nəfərin də yaralandığı hücuma görə məsuliyyəti hələ ki, üzərinə götürən yoxdur.
Fəllucədə iki bomba yüklü maşın polis nəzarət nöqtələrini hədəf aldı.
Hücumlarda 8 nəfər öldü, 20 nəfər yaralandı.
Partlayışlardan sonra şəhərdə komendant saatı elan edildi.