Misirin Sinay yarımadasının şimalında silahlıların nəzarət-buraxılış postuna hücumu nəticəsində 8 hərbçi həlak olub.
Bu barədə Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Məhəmməd Samir bildirib.
Onun sözlərinə görə, NBM-də minalanmış avtomobil partladılıb. Partlayışdan sonra baş vermiş atışma zamanı 3 silahlı məhv edilib.