ABŞ dövlət katibi Con Kerri İsrailin sağçı hökümətini Fələstinlə sülh razılaşmasını pozmaqda günahlandırıb.
"Eurasia Diary" xəbər verir ki, İsrail və ABŞ dövlət nümayəndələrinin iştitrak etdiyi illik Saban Forumunda Con Kerri Netanyahu höküməti tərəfindən Fələstin torpaqlarında yeni yaşayış qəsəbələrinin salınmasının düzgün addım olmadığını bəyan edib. O, deyib ki, bu, vəziyyət sülh sazişini pozur.
ABŞ-ın baş diplomatı açıq şəkildə bildirib ki, İsrailin Fələstinə qarşı aqressiv siyasət yeritməsi digər ərəb dövlətləri ilə problemlərə səbəb ola bilər.