ABŞ hökuməti Yaxın Şərq ölkələri Qətər, Mərakeş, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə ümumi məbləği 7,899 milyard dollar olan müxtəlif silah və hərbi texnikanın satışını həyata keçirəcək.
“Eurasia Diary” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə Nazirliyindən yayılan məlumatda qeyd edilib.
Məlumata görə, ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd “CH-47F Chinook” desant helikopteri, BƏƏ-yə “AH-64e Apache” verolyotları, Qətərə “C-17” təyyarələri üçün 8 ədəd mühərrik və Mərakeşə isə 1214 ədəd “TOW 2A” tank əleyhinə raket satmağa hazırlaşır.
Artıq silahların satılması ilə bağlı Dövlət departamenti razılıq verib.