ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın apardığı əməliyyatlar nəticəsində son iki il ərzində İŞİD terror qruplaşmasının 50 min döyüşçüsü öldürülüb.
“Eurasia Diary”nin xəbərinə görə, bu barədə “Reuters” Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu qiymətləndirmə konservativdir və koalisiya bu müddətdə çox yüksək işlər görüb.