Azərbaycanda MyGov platformasının istifadəçi bazası son bir ildə üç dəfəyə yaxın artaraq 2 milyona çatıb.
EDnews xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə ən sürətlə inkişaf edən mobil tətbiqlərdən biri MyGov platformasıdır.
Fərid Osmanov qeyd edib ki, son bir il ərzində platforma üzərindən təqdim olunan xidmətlərin sayı 11 dəfə artıb.
Eyni dövrdə istifadəçilərə təqdim edilən məlumatların həcmi isə iki dəfə çoxalıb.
“Növbəti dövrdə də platformanın imkanlarının genişləndirilməsi və vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin artırılması istiqamətində işlər davam etdiriləcək”, – deyə o vurğulayıb.



.jpg)


