Qadın və uşaqları düşməndən qorumaq üçün burada gizlədiblər "İçəri bazar" haqda bilmədiklərimiz

Mədəniyyət 22:06 28.01.2017
Qax rayonunda turizm obyektləri, görməli yerlər çoxdur. Onlar arasında "İçəri bazar" da xüsusi maraq doğurur. "İçəri bazar" tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayıla bilər. "İçəri bazar" qala kompleksinə səyahət edərək, keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür.
Bəzi mənbələrdə qeyd olunur ki, İlisu sultanı Adı Görklü bəy XVI əsrdə Qax qalasını tikdirib. "İçəri bazar" XIX əsrin sonları — XX əsrin əvvəllərindən yaşayış yeri, mədəni əyləncələr yeri, xalq yaradıcılığının və milli bayramların keçirilməsi yeri kimi də öz funksiyasını davam etdirib.
 
Tarixçi Məcid Mehraninin sözlərinə görə, "İçəri bazar"ın tarixi XV əsrə gedib çıxır: "Ümumiyyətlə, orta əsrlər dövrünə aid qalalar, adətən iki cür olurdu. Birincisi qalaiçidir. Qalaiçində olanlar adətən ticarətlə, sənətkarlıqla və sairlə məşğul olurdular. İkincisi, qalaçölüdür. Qalaçölündə yaşayanlar isə kənd təsərrüfatı — əkinçilik, maldarlıq və sairlə məşğul olurdular". "Amma yadelli hücumu olan vaxt qalanın çölündəkilər də qalanın içinə sığınıb müdafiə olunurdular. Hücum dəf olunanadək orada mübarizə aparırdılar" — tarixçi bildirir. Mehraninin dediyinə görə, vaxtilə bu qalanın çölündə bir türk hamamı olub: "Həmin hamamda daşın üzərində 1485-ci il göstərilmişdi. Əgər o, qaladan sonra tikilmiş olsaydı, yəqin ki, qalanın içərisində olardı. Görünür, qala bundan daha əvvəl tikilib. Çünki bu tip tikililər, adətən qala içərisində olurdu. İndiki "İçəri bazar"ın görünüşündən isə ancaq iki tərəfdən giriş və çıxış qapıları qalıb".
 
"50-60 il bundan əvvəl oradakı qalıqlar daha köhnə qaydalara uyğun idi. Belə ki, mağazaların, bütün ikimərtəbəli binaların hamısında eyvan var idi. Eyvanın altında isə açılıb-yığılan taxta qapı və pəncərələr var idi. Çünki burada mağazalar, dəmirçi və qalayçı sexləri, misgərlər, zərgərlər və s. olub. Tikililərin bu cür olması təsadüf deyildi. Eyvanların, ikimərtəbəli binaların bu cür tikilməsinin səbəbi bu bazarda gəzən insanların yağışda, qarda, günəşli havalarda daldalanaraq asanlıqla gəzməsini təmin etmək idi" — tarixçi danışır.
 
Həmsöhbətimiz hazırda "İçəri bazar"ın bir giriş-çıxışının olduğunu deyir: "Yolun yalnız bir hissəsində "P" şəklində ikimərtəbəli binalar var. Həmin köhnə binaların 3 metrə yaxın zirzəmiləri var idi. Bu zirzəmilərdə həm düşməndən qorunmaq üçün müdafiə məqsədilə qadınlar və uşaqlar gizlənirdi, həm də əhali orada ərzaq saxlayırdı. Ancaq indi o zirzəmilər və ikimərtəbəli binalar dağıdılıb. Türk hamamları da Sovet dövründə dağıdılıb". Tarixçinin bildirdiyinə görə, 1963-1965-ci illərdə dağıntılar altından 3 tonluq, 5 tonluq, bəzən də 10 tonluq küplər çıxıb: "O küpləri insanlar alırdılar və çaxır üçün istifadə edirdilər. Lakin bu küplər çaxır üçün deyildi. İnsanlar orta əsrlərdə ondan qalada su və ərzaq ehtiyatı saxlamaq üçün istifadə edirdilər. Çünki döyüşlər bir aya yaxın davam edirdi. Sonra həmin küpləri Sovet dövründə çıxarıb apardılar. Bu da qalanın mahiyyətini, simasını itirməsinə səbəb olurdu. O küplər indi yerində qalsaydı, ayrıca abidələr olacaqdı".
 
Mehrani qeyd edir ki, "İçəri bazar"ın səki və sərbəndinin 50-60 il bundan qabaq özünəməxsus gözəlliyi olub: "O dövrdə sərbənd hamar kəsilmiş çay daşlarından düzülmüşdü. İndi isə həmin çay daşları yumru, əyri daşlarla əvəz olunub. Qalanın bu formada tikilməsi düşünülmüş şəkildə olub. Bu, zirzəmilər, eyvanlar və binaların bitişik tikilməsi müdafiə məqsədi daşıyıb. Bu da düşməndən qorunmaq üçün ikinci qala rolunu oynayırdı".
 
"İçəri bazar" qalasının digər qalalardan fərqi budur ki, bu, şəhər tipli, bazar tipli yeganə qaladır. İndi bu qalanın içində açıq kinoteatr yerləşir. Qaxdakı əlamətdar tədbirlərin çoxunu burada keçirirlər. Xüsusilə yay aylarında burada təşkil olunan festivallar, konsertlər və s. turistlərin ciddi marağına səbəb olur.
 
 
 
 
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Hamısı