Viktor Hüqonun Məhəmməd peyğəmbərə yazdığı şeir YÜZ İL SONRA ÇAP EDİLDİ

Mədəniyyət 19:26 18.06.2017

Xristian dünyasının əsrlərdir müzakirə obyektinə çevirdiyi Viktor Hüqonun Həzrəti Məhəmməd haqqında yazdığı şeir türk dilinə tərcümə edilib. Şeiri Çeçen Universitetinin Xarici Dillər Mərkəzinin Fransız dili kafedrasının müəllimi Yaqub Yaşa uzun sürən araşdırmadan sonra tərcümə edib. Orijinal adı “Mahomet” olan şeirdə Həzrəti Peyğəmbərin sadə həyatı və bitkin şəxsiyyətindən söz açılır. Hüqo şeirində İslam peyğəmbərinin ömrünün son anlarını təsvir edib.

Qeyd edək ki, V. Hüqonun “La legende des siècles” (“Yüz illərin əfsanəsi”) adlı əsəri 28 sentyabr, 1859-cu ildə Brüsseldə ilk dəfə çapdan çıxıb. Ancaq bu nəşrdə olan İslam və İslam peyğəmbərinə dair “Mahomet” şeiri digər nəşrlərdə verilməyib.

Fransa Milli Elmlər Akademiyasının Tədqiqat Mərkəzi “Yüz illərin əfsanəsi” əsərindəki “Mahomet” şeirini Hüqonun ölümündən yüz il sonra, yəni 1985-ci ildə nəşr edib. Bundan sonra xristian dünyasında Hüqonun müsəlman olub-olmadığı ilə bağlı mübahisələr səngimək bilmədi. Hətta onun iki övladının və bir oğlan nəvəsinin xaç suyuna salınmadığı və xristian adəti üzrə dəfn edilmədiyi faktı mövcuddur. Onun bir çox əsərində evində gizli ibadət etdiyi haqqında yazılara da rast gəlmək mümkündür.

Hüqonun “Mahomet” şeirinin Azərbaycan dilinə tərcüməsini təqdim edirik.

Mahomet

(Məhəmməd (Ona Allahın xeyir-duası və salamı olsun!))

Vəzifəsi yaxınlaşmışdı, dünyaya göz açdı
Mətanətli idi, kiminsə xətrinə dəyib incitməzdi
Yolda gördüyü hər kəslə salamlaşardı
Hər gün sanki bir az daha yaşlanırdı
İyirmiyə yaxın ağ tük vardı saqqalında
Bəzən durar, su içən dəvələri seyr edərdi,
Bu seyr ona dəvə otardığı günləri xatırladardı
Sanki Cənnəti görmüş, ilahi eşqi tapmışdı
Sanki kainatın yaradılışına şahid olmuşdu

Alnı dik, yanaqları qüsursuz, bənzərsiz idi
Qaşları incə, baxışları mənalı və sərt idi
Boynu gümüş bir səhəngin boğazı idi sanki
Tufanın sirlərini bilən Nuhun havası var idi onda.
Onunla danışmağa gələnlərlə ədalətli idi,
Bəziləri gülər, bəziləri etiraf edər, bəziləri də danardı
Səssizcə onları dinlər, ən son özü danışardı
Dodaqlarından dua və zikr əskik olmazdı

Çox az yeyər, qarnına daş bağlayardı
Yerə oturar, paltarlarını yamayardı
Artıq gənc deyildi, əvvəlki gücü də yox idi
Yenə də hər kəsdən daha çox oruc tutardı.
Altmış üç yaşında, sanki bir alov bürüdü bədənini
Müqəddəs kitab Quranı bir daha oxudu
Sonra bayrağı Səid oğluna təslim etdi,
Onlara: “Artıq aranızdan ayrılmaq vaxtı gəldi,” – dedi
“Allah birdir, yalnız Onun yolunda mübarizə aparın,” – dedi.

Hüznlü idi yurdundan didərgin düşmüş yaşlı qartal kimi
Adəti üzrə məscidə gəldi
Əliyə tabe olanlar da arxasınca gəlirdi
Və müqəddəs bayraq küləklərin ağuşunda dalğalanırdı
Üzü solğun idi, geri döndü və kütləyə belə səsləndi:
Ey insanlar, ömür bitir, həyat gəlib keçəcək
Biz qaranlıqda bir zərrəyik, uca olan Odur
Ey insanlar, ondan başqa rəhbərim yoxdur
Onsuz bir dəyərim olmazdı
Ey möminlərin həqiqi sultanı,

Səni dinlər-dinləməz, hər kəs sözünə inandı
Sən doğulanda, bir ulduz doğuldu göy üzündə
Kisranın üç qülləsi birdən yıxıldı
Mələklər ölümümü müzakirə etdi
Vədə yetişdi, dinləyin, əgər kiməsə bir pislik etdimsə,
Önə çıxsın, hər kəsin önündə intiqamını alsın
Kimə vurmuşamsa, o da mənə vursun
Sakitcə əsasını oradan keçənlərə uzatdı,
Yaşlı bir qadın qoyun otarırdı çöldə
Ona: “Allah köməyin olsun,” – dedi
Baxışlarında bir hüzn vardı, sanki tükənmişdi.

Fikirli idi, birdən dilləndi: Hər kəs eşitsin!
Allah mənim adımı andı, bundan əmin olun
Torpaqdan insan, nurdan bir peyğəmbərəm
İsanın gətirdiyi dini tamamlamağa gəldim
Ey səhabələrim, mən səbir daşıyam, İsa şirin dilli idi
Unutmayın, hər şəfəq doğan günəşin bir müjdəçisidir
İsa məndən əvvəl idi, ancaq nə Tanrıdır, nə də onun oğlu

O, gülü qoxulayan bakirə Məryəmdən dünyaya gəldi
Unutmayın, mən də ətdən-sümükdən bir faniyəm
Bu dünyada başıma gəlməyən heç bir şey qalmadı
Yol belə, çəkdiyim əziyyətlərə dayanmazdı
Təzyiq və işgəncədən bədənim çox əzab çəkdi
Unutmayın, əgər işlədiyimiz hər günahın əvəzi
Qorxunc həşərat olsaydı, o qaranlıq məzarı bizə dar edərdi,
Cəhənnəmə çevirərdi oranı…

Yenidən bədənlərin cəhənnəm əhlinin bədənləri,
Həşəratlar yenidən gəmirər bütün bədənləri
Beləcə dəfələrlə ölüb yenidən dirilərlər
Cəzalarını çəkdikdən sonra yenidən rahatlıq taparlar
Mən müqəddəs müharibələrin təvazökar meydanıyam

Bəzən böyük, bəzən də kiçik kimiyəm
Sözlərim çöldəki qum və quyular kimidir
Bir sözüm qorxudursa, bir sözüm müjdələyəndir
Ey insanlar! Nələr çəkdiyimi görürsünüz
İnsanları aldadıb zəlalətə salmaq istəyən dəhşətli iblislərə
Əngəl olmağa çalışdım, bağladım pis əllərini
Çox vaxt Yaqub kimi qaranlıqlar içində
Görmədiyim kəslərlə vuruşdum
Ancaq insanlar məni qəsdən öldürmək istədilər

Mənə qarşı hey kin və həsəd bəslədilər
Mən isə əsla haqq mübarizəmdən geri çəkilmədim
Onlarla vuruşdum, ancaq heç kimdən incimədim
Mübarizə boyu – Qoyun, nə edirlərsə-etsinlər – dedim
Qanlar içində tək yaralı mən olmaq istəyirdim
Qoy hamı məni vursun,
Onsuz da vurmaqdan yorulmazlar ki…

Sağ əllərinə Ayı, sol əllərinə Günəşi də versəydim,
Düşmənlərim əsla vaz keçməzlərdi
Yenə də bu çətin səfərimdə mənə hücum etdilər
Ancaq nə olursa-olsun, geriyə addım atmadım
Bu müqəddəs dava uğrunda qırx il mübarizə apardım
Belə keçən bir ömrü sonunda tamamladım
İndi Allaha gedirəm, dünyanı geridə qoydum.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Hamısı