Azərbaycan filmlərində çəkilən yazıçı və jurnalistlər

Mədəniyyət 15:42 22.08.2017
Azərbaycan kinosunun hər zaman dünyaya çıxarıla biləcək ekran nümunələri  və orada ustalıqla çıxış edən peşəkar aktyor heyəti olub. Amma onlarla yanaşı, ara-sıra peşəkar aktyor olmayanlar da filmlərimizdə rol alıb. Aralarında yazıçı və jurnalistlərimiz də var ki, Eurasia Diary Moderator.az-a istinadən onlardan bir neçəsini təqdim edir:
 
Yazıçı İsi Məlikzadə 1985-ci ildə lentə alınan “Atları yəhərləyin”, filmində epizodik rolda çəkilib. Qaçaq Nəbidən bəhs edən və üç dəfə adı dəyişilən filmin  rejissoru Şeyx Əbdül Mahmudbəyovun öz xatırlatmasına əsasən İsi Məlikzadənin filmə cəlb olunması maraqlı bir hadisə sayəsində baş verib: filmdə Qaçaq Nəbinin varlı tacirlərdən parçaları alıb kasıb kəndlilərə paylanılması səhnəsi yəqin ki, hamımızın yadındadır. Oradakı tacirlərdən biri olan İsi Məlikzadəni əvvəlcə yarızarafatla desək, dəvə “seçib”. Çünki çəkiliş zamanı çəkilən dəvələrdən biri uzun müddət gözünü filmin redaktoru olan yazıçıdan çəkmir.  Bu epizodu hamı gülüşlə qarşılayır. Amma rejissorun beyninə bu zaman maraqlı bir fikir gəlir. İsi Məlikzadəyə deyir ki, bəlkə, elə sən çəkiləsən. Olmasın dörd tacir, olsun beş tacir.  Nə isə yazıçının saqqızını oğurlayaraq onu filmə çəkirlər. 
 
Tanınmış yazıçı, rusdilli ədəbiyyatın nümayəndəsi Natiq Rəsulzadəxalq yazıçısı Maqsud İbrahimbəyovun 1977-ci ildə lentə aldığı "De ki, məni sevirsən" filmində yer alıb.
Film 1977-ci ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Maqsud İbrahimbəyovun həm kino aləmində debütü, həm də diplom işidir. Filmin ssenarisi də onun özünə aiddir. Filmdə gənclərlə yanaşı, Məlik Dadaşov, Tələt Rəhmanov, Nodar Şaşıqoğlu, Larisa Xələfova kimi tanınmış aktyorlar da çəkiliblər. Baş rolun ifaçısı isə yazıçı Natiq Rəsulzadədir. O, filmdə müstəntiq Natiq obrazını canlandırıb. 
 
Kinopovestdə cinayət axtarışı əməkdaşları tərəfindən qiymətli balıq növlərinin qanunsuz ovlanmasının təhqiqindən, nəinki maddi, həm də mənəvi ziyan vuran brakonyerlərin ifşa olunub həbs edilməsindən söhbət gedir. Filmin gənc qəhrəmanları - dəniz sahilindəki qəsəbəyə istirahətə gələn Samir və Səbinə istər-istəməz istintaqa kömək edirlər. Burada eyni zamanda şəxsi və ictimai münasibətlər probleminə toxunulur, milis işçilərinin fədakar əməyindən, öz işinə sadiq adamlardan, gənclərdən söhbət açılır. Filmin baş qəhrəmanı olan müstəntiq Natiqi isə mərhum aktyor Şahmar Ələkbərov səsləndirir.
 
Nə qədər qəribə də olsa, Xalq yazıçısı Anar da özünün məşhur povesti əsasında çəkilən eyniadlı “Dantenin yubileyi” filmində epizodik kadra çəkilib. Filmdə Kəbirlinskinin zəif çıxış etdiyi tamaşadan sonrakı müzakirədə bəstəkar Emin Sabitoğlu ilə birlikdə Anarı da görə bilirik. O, ironiya ilə müzakirələrə qulaq asır, gənc tənqidçinin bəzi aktyorların ünvanına “kötüklər” deməsini replika ilə qarşılayır. 
 
Yazıçılarla bərabər, jurnalistlər də filmlərimizdə çəkiliblər. Onların arasında Elçin Şıxlının da adı var. O, atası İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında çəkilən “Dəli Kür” filmində rol alıb. Mollaxanada əqrəb səhnəsində haray-həşir salanlardan olan Elçin Şıxlı o filmin sonundakı kütləvi mənzərə səhnələrində də yer alıb. 
 
Daha bir ustad jurnalist Qulu Məhərrəmli 2003-cü ildə çəkilən “Dəvətnamə” filmində epizodik  biznesmen rolunu oynayıb. 
“Dəvətnamə” yazıçı-jurnalist, elm xadimi Aqşin Babayevin eyni adlı əsərinin motivləri üzərində çəkilib. Filmin rejissoru xalq artisti Ramiz Həsənoğludur. Filmdə bir çox tanınmış aktyorlar çəkilib: baş rolun ifaçısı Fərhad İsrafilov (Cəfər), Səyavuş Aslan, Yaşar Nuri, Cahangir Novruzov, Səidə Quliyeva və s.
Qulu Məhərrəmlinin çəkilişə cəlb olunması isə sırf təsadüf nəticəsində baş verib. Telejurnalistin biznesmen roluna çəkilməsinə səbəb isə kinostudiyanın həyətində saxladığı “Nissan” markalı maşını olub. 
Q.Məhərrəmli filmə dəvət alınmağının maraqlı tarixçəsindən danışarkən bunları qeyd edir: Maşınımı kinostudiyanın həyətində yumağa saxlamışdım. Belə başa düşdüm ki, çəkiliş üçün maşın lazım olub. Çünki o vaxt xarici maşınlar şəhərdə az idi. Mənim “Nissan”ımı görən rejissor Ramiz Həsənoğlu təklif etdi ki, gəl, səni də biznesmen rolunda çəkək. Tərəf müqabilim də Yaşar Nuri (Əkbər) idi. Filmdə o, maşını yuyur, mən də gəlib deyirəm ki, təkərləri niyə qaraltmamısan? Yaşar da pulun azlığından gileylənir. Əlimlə jest edirəm ki, götür pulunu get burdan...
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı

Xəbər xətti

Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Hamısı