Görkəmli Şərqşünas alimin xatirəsi ÖZƏL

Əhməd Əbdo Tərabek (Misir)

Mədəniyyət 23:14 19.09.2017

Şərqşünaslıq ərəb-islam Şərqinin mədəniyyət strukturunun hərtərəfli araşdırılmasını, Şərq mədəniyyətinin müxtəlif tərəflərinin təsvir və tədqiqini Qərb mövqeyindən həyata keçirən bir elm kimi tanınır. Xristian və islam mədəniyyətlərinin çiçəklənməsinin xristian Avropası ilə müsəlman Şərqinin qarşılıqlı əlaqəsində rolu böyükdür və məhz bu amil də Qərbdə ərəb Şərqinə, onun mədəni irsinin bütün tarixi, mədəni, ideoloji, ədəbi, elmi və hətta siyasi nyüansları ilə araşdırılmasına  marağın meydana gəlməsinin əsasında durur. Bu marağın nəticəsində də Şərqsünaslıq elmi meydana gəldi və inkişaf etdi.

Şərqşünaslıq  yeni elm sahələrindən sayılsa da, Şərqlə, onunla bağlı fikirlərlə tanışlığın tarixi çox qədimdir. Bu fikri qazıntılar zamanı tapılan əşyalar və daş üzərində nəqşlər də sübut edir. Tarixi hadisələrdən,  dini yazılardan,  coğrafi səyahətlərdən və s. belə məlum olur ki,  Şərqin öyrənilməsi hərəkatı hələ orta əsrlərdə başlamışdır. Sonradan Şərqşünaslıq daha da inkişaf etdi və dərinləşdi, artıq XV-XVI əsrlərdə İtaliya, Britaniya və Portuqaliya tədqiqatçılarının əməlləri sayəsində bir elm sahəsi kimi formalaşdı.  Milad tarixi ilə XVII əsrin axırlarından başlayaraq London və Paris Şərqin öyrənilməsi və tədris edilməsinin əsas mərkəzlərinə çevrildilər. Bu elm sahəsi daha da genişlənərək Avropa ölkələrinin çoxunda və keçmiş SSRİ-də Şərqşünaslığın bütün sahələrini əhatə edən elmi-tədqiqat və tədris mərkəzləri yaradıldı. Bunlarda hər il çoxsaylı tədqiqtçı alimlər yetişdi ki, onlar Avropada  şərşünaslıq elmini daha da inkişaf etdirdilər. 

Sovet İttifaqının tərkibin daxil olan Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri Sovet dövründə şərşünaslıq sahəsində ən əsas tədqiqat mərkəzlərindən biri idi. Bunun bir səbəbi də Bakının müsəlman ölkəsi olan Azərbaycanın paytaxtı omasıdır. Azərbaycan xalqını  Şərqlə İslam dini vasitəsilə çoxlu adət-ənənələr  və müştərək dəyərlər bağlayır. Həm də demək lazmdır ki, Bakı Sovet İttifaqının ən önəmli iqtisadi mərkəzlərindən biri olmuşdur.

Aida xanım İmanquliyeva dünyada şərqşünaslıq elmi sahəsinin ən öncül simalarından biri sayılır. Onun elmi işləri, ədəbi əsərləri ərəb fəlsəfi fikrin dünya səviyyəsində tanıtdırılmasında böyük rol oynamışdır. Qərb dünyası ərəb dili, yeni ərəb ədəbiyyatı və ərəb mədəniyyəti ilə tanış oldu. Aida xanım öz elmi qabiliyyəti, geniş ictimai fəaliyyəti ilə ərəb dünyası ilə Qərb dünyası arasında bir körpü oldu, ərəb ədəbiyyatı xəzinəsini Qərb üçün kəşf etdi, ərəb mədəniyyəti və ictimai fikri barədə çox qaranlıq məqamları aydınlaşdırdı.

Aida İmanquliyeva 1939-cu il aprelin 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası məşhur jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının banilərindən biridir. Belə bir ailədə boya-başa çatan Aida xanım mədəniiyət və elmlə bağlı bir insan olmuşdur. Xüsusilə onda ərəb ədəbiyyatına maraq da burdan qaynaqlanır. O, Şərqşünaslıq sahəsində çalışan ilk azərbaycanlı qadın idi. Bu elm sahəsini özünə peşə seçərək onun ən öncül simalarından biri olmuşdur. Daha sonra bu sahədə öz həmkarları arasında böyük nüfuz və hörmət qazana bildi və Elmlər Akademiyasının Şərq tədqiqatları İnstitunun direktoru vəzifəsinə qədər yüksəldi. O həmçinin diçilik elmi sahəsində qadınlar arasında ilk elmlər doktoru, Azərbaycanda ərəb mühacir ədəbiyyatının ilk tədqiqatçısı idi.  Aida xanım həm də Şərqşünaslar assosasiyasının, SSRİ Şərq ədəbiyyatı  tədqiqatlarının koordinasiya şurasının üzvü olmuşdur.

XX əsrin başlanğıcında ərəb ədəbiyyatı geniş inkişaf dövrünü yaşadı. Onun dünya ədəbiyyatının inkişafına böyük təsiri olmuşdur, belə ki ərəb ədəbiyyatı daha çox  insanın ali və ideal mənəvi və əxlaqi xüsusiyyətlərini əks etdirirdi. Bu səbəbdən də bu ədəbiyyat, xüsusilə ərəb məhcər ədəbiyyatı təşəkkül tapandan sonra daha da  inkişaf etdi, yayıldı və böyük maraq doğura bildi.

Aida xanım İmanquliyevanın ərəb mədəniyyəti, dili və ədəbiyyatının geniş şəkildə yayılması, tədqiqi və tanıtdırılması sahəsində xidmətləri böyükdür. Bir akademik elm xadimi olaraq onun bu sahəyə təsiri son dərəcə genişdir. Bu da ona bu sahəni əhatə edən yüksək səviyyəli beynəlxalq tədbirlərdə yaxından iştirak etməyə imkan vermişdir. O həmçinin Şərq və ərəb ədəbiyyatı tarixinə, ərəb dilçiliyi elminə aid mövzuların tədqiqatı ilə də məşğul olmuşdur.

Görkəmli alimin tədqiqat dairəsinə geniş şəkildə yayılmış ərəb məhcər ədəbiyyatı daxil idi. Bu “Məhcər ədəbiyyatı” adı ilə tanınan bir məktəb idi. Bu məktəb daha çox ərəb ədəbiyyatında qabaqlar naməlum olan romantizm cərəyanın tədqiqi ilə tanınırdı.  Bu da akademik  Aida İmanquliyevanın yeni ərəb romantizminin fəlsəfi xarakterinə və bu əsasda yeni ərəb ədəbiyyatının tədqiqinə daha çox önəm verməsi, yeni ərəb ədəbiyyatında humanizm motivlərinin aşkarlaması, ənənəvi qəliblərə bağlılığdan uzaqlaşma prosesində ərəb ədəbiyyatının inkişafının yeni istiqamətinin müəyyənləşdirilməsi və ədəbi romantizm əsasında formalaşan poetik və nəsr yaradıcılığının meydan gəlməsini göstərməsi  üçün bir stimul oldu. 

Doktor Aida İmanquliyeva  Ərəb müsəlman mədəniyyəti ilə Qərb mədəniyyətinin qarşılıqlı təsir və sintezindən doğan  yaradıcı elmi metoda əsalanan bir şərqşünas alim kimi tanınır. Aida xanım öz tədqiqatları və elmi analizlərilə yaradıcılıq metodunun inkişafına  və yeni ədəbi cərəyanların formalaşmasına dəlillər gətirdi. Bunun ərəb ədəbiyyatının yeni cərəyanlarının tədqiqində ortaq meyarların mövcudluğuna təsiri böyük idi. Belə ki   başda  ABŞ-da “Qələmlər birliyi” yaradan  Mixail Nüeymə və Cübran Xəlil Cübran olmaqla mühacir ərəb ədiblərinin yaradıcılığı yeni ərəb ədəbiyyatında pomantizm cərəyanının meydana gəlməsinə birbaşa təsir göstərmişdir.

Aida İmanquliyeva ərəb ədəbiyyatının ən müxtəlif sahələrini əhatə edən tədqiqatların və elmi əsərlərin müəllifidir. Bunlardan aşağıdakıları göstərmək olar:

“Mixail Nüeymə və Qləmlər birliyi ”, “Cubran Xəlil Cubran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” və həmçinin “Ərəb dili fiqhinin problemləri”, “Şərq dilçilik elminin problemləri”, “ Xarici Şərqin problemləri: Tarix və müasirlik”  “Ədəbi birliklərin yeni ərəb ədəbiyyatının formalaşmasındakı rolu ”, “Şərq ədəbiyyatında ənənə və novatorluq” və s. kimi 70-dən artıq elmi məqalə müəllifi və həmçinin bir sıra elmi məcmuələrin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır. Aida xanım İmanquliyeva həmçinin tərcüməçilik fəaliyyətilə də məşğul olmuş, “İnsan və quş” adlı kitabın müəlliflərindən biri idi.

Bütün bu elmi xidmətlərilə yanaşı Aidə xanım pedaqoji fəaliyyətlə də məşğul olmuş Azərbaycan Dövlət Universitenin Şərqşünaslıq fakültəsində Ərəb dili və ədəbiyyatı fənlərindən tələbələrə dərs demişdir. Onun pedoqoji istedadı özünü xüsusilə 10   namizədlik və doktorluq disertasiyasına rəhbərlik etməsində göstərdi. Bu uğuru görkəmli alim öz səmimiyyəti və tələbələri dərs dediyi fənni sevdirmək bacarığı ilə əldə etmişdir.

Aida İmanquliyeva malik olduğu böyük istedadı, öz elmi mövqeyini müdafiə etmək bacarığı ərəb tədqiqatları sahəsində böyük uğurlara imza atmış görkəmli elm xadimidir. Onu fərqləndirən həm də həyatilik və fəallıqla dolu bir şəxsiyyət, yüksək səviyyəli intelekt və ləyaqət sahibi, öz xoş davranışı ilə seçilən, bütün varlğı ilə sevdiyi işə bağlı bir insan  olması idi. Bu keyfiyyətləri ilə elmi dairələrdə və cəmiyyətdə  Aida xanım  böyük hörmət qazanmışdı. Bununla yanaışı o həm də ailəsini sevən, ailəvi və ictimai həyata diqqətlə yanaşan  bir qadın idi.  Aida xanım öz bu fitri keyfiyyətlərini qızlarına – Azərbaycanın birinci xanımı, birinci vitse prezident, Heydar Əliyev fondunun sədri, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban Əliyevaya  və MDU-nun Bakı filialının rektoru, dilçi alim Nərgiz Paşayevaya da aşılaya bilmişdir. Bu iki xanım Azərbaycan mədəni irsinin qorunması sahəsində göstərdikləri böyük xidmətlərilə analrının elmi, mədəni və sosial həyatın daha da inkişfı yolundakı nəcib işlərini təkcə Azərbaycanda deyil, bütün dünyada davam etdirirlər.

Şərqşünaslıq elminin öncüllərindən biri olan Aida İmanquliyeva 1992-ci ilin sentyabr ayının 19-da vəfat etmişdir. Bu gün onun vəfatından 25 il keçəndən sonra Aidə xanımın parlaq  xatirəsi, onun Qərblə Şərq arasında əlaqə körpüsü yaradılması sahəsində xidmətləri ilə, ailə üzvlərini qəlbini dolduran nəcib hisslərlə ailəsinin, tələbələrinin, həmkarlarının, bütün elmi ictimayyətin yaddaşına həkk olunmuşdur. O cismi ilə bizdən aralıdırsa, öz elmi nailiyyətləri, yaradıcılığı ilə bizimlədir.  Allah Peyğəmbəri (s.s.) bu münasibətlə nə gözəl demişdir: “Adəm övladı öldükdə onun işləri sona yetir. Üç haldan başqa: icarədə olan əmlak, fayda verən elm (yazılmış kitablar) və bir də əməli saleh övlad ”.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Hamısı