Bu faktlara dünyada çox az adam inanır MÖHTƏŞƏM MUSİQİ TARİXİMİZDƏN BİR PARÇA

Mədəniyyət 19:16 17.10.2017
Əsrlər boyu mahnılar xalqımızın sevinc mənbəyi, duyğularına qanad verən bir ümid, adət-ənənələrini, mental dəyərlərini formalaşdıran folklor nümunəsi olub. İnsanları, sülhə, qələbəyə, saf məhəbbətə, vətən eşqinə səsləyən xalq mahnılarımız dildən dilə süzülərək günümüzə qədər gəlib çatıb. Bir də qəlbləri titrədən, uşaqdan böyüyə hamının hisslərini riqqətə gətirən şərqilərimiz var ki, müəllifi bəlli olsa da, hər birimiz onu xalq mahnısı kimi tanıyırıq. Qüdrətli xanəndə, su kimi saf səsi, güclü avazı ilə xalqın qəlbində taxt quran Cabbar Qaryağdıoğlunun “İrəvanda xal qalmadı” mahnısı musiqi xəzinəmizin ən dəyərli incilərindəndir.
100-dən çox yaşı olan “İrəvanda xal qalmadı” sevimli xanəndələrimizin xüsusi həssaslıq və sevgilə yanaşıb, ifa etdikləri əsərdir. Bu mahnının yaranma tarixi haqda bir sıra fərziyyələr dolaşır. Publika.az onların hansının doğru, hansının yanlış olduğunu mütəxəssislərimizlə araşdırmağa çalışdı.
 
İlk həmsöhbətimiz sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovadır.
- Cabbar Qaryağdıoğlu Azərbaycan musiqi mədəniyyətinin ən parlaq simalarından biridir. Böyük xanəndəmiz XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb. O, Azərbaycan muğam sənətini geniş miqyasda tanıdan sənətkarımızdır. Bir çox ilklər onun adı ilə bağlıdır. Azərbaycanda muğamları geniş kütlə qarşısında ilk dəfə ifa edən şəxsiyyət olub. Onun yaratdığı muğam üçlüyü 20 ildən çox fəaliyyət göstərib. İranda, Türkiyədə, Polşada, Latviyada, Rusiyada Azərbaycan muğamını beynəlxalq miqyasda tanıdıblar. Səsi ilk dəfə qramofon valına yazılan xanəndəmiz də Cabbar Qaryağdıoğludur.
O, həmçinin muğamı bizim dilimizə daha da yaxınlaşdıraraq, daha çox fars dilində deyil, azərbaycanca qəzəllər ifa etməyə başlayıb.
- Cəmilə xanım, Cabbar bəy harada doğulub? Ümumiyyətlə onun uşaqlıq illərilə bağlı bilmədiyimiz hansı faktları bölüşə bilərsiniz bizimlə?
- Cabbar Qaryağdıoğlu Qarabağda, Şuşada doğulub. Uşaqlığı ilə bağlı Firudin Şuşinskinin araşdırmalarına əsasən deyə bilərəm ki, o kiçik yaşlarından musiqiyə, oxumağa meylli olub. Mədrəsədə təhsil almağına baxmayaraq, Kor Xəlifə təxəllüslü müəllimindən muğamın dərinliklərinə yiyələnib. Lakin, valideynləri oxumağına icazə vermirmişlər. Balaca Cabbar da günbəgün solub, zəifləyirmiş. Bir gün atası Cabbarı həkimə aparır. Həkim deyir ki, bu uşağın bir dərdi yoxdur, oxumağın xiffətin edir. Beləcə, gözəl səsli Cabbar sevdiyi nəğmələrilə öncə Şuşa camaatının, sonra isə xalqımızın məhəbbətini qazanır.
O, Qarabağ muğam ifaçılığı məktəbinin ən böyük nümayəndəsidir.
- Tək Qarabağ, yoxsa bütövlükdə Azərbaycan?
- Bilirsinizmi, Azərbaycan muğam məktəbi bir neçə bölgəyə ayrılır. Bunların içərisində ilk sırada Qarabağ məktəbi durur. Sonra Bakı-Abşeron və Şirvan ifaçılıq məktəbi gəlir. Əlimizdə səhih elmi araşdırmalar olmasa da, Naxçıvan muğam məktəbi haqda da mənbələrdə qeydlər var. Muğamın beşiyi olan Qarabağda tez-tez musiqi ziyafətləri baş tuturdu. Günlərin bir günü Əbdülrəhim bəy Haqverdiyev “Leyli və Məcnun”u səhnələşdirir. Məcnun rolunda isə Cabbar Qaryağdıoğlu çıxış edir. Üzeyir bəy o zaman balaca uşaq idi. Bu ifadan təsirlənib, gələcəkdə “Leyli və Məcnun” operasına həyat verir. Üzeyir bəy böyük ustadı çox sevir, ona rəğbət bəsləyirdi. Belə bir məlumat da var ki, böyük bəstəkarımız operanı yazdığı ərəfədə, həmçinin “Muğam proqramı” tərtib edəndə Cabbar bəydən çox tövsiyələr alarmış.
1930-cu illərdə Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasında xalq mahnıları bölməsi açılır. Cabbar Qaryağdıoğlu bu ali təhsi ocağına dəvət olunur. Əsas məqsəd o idi ki, xanəndə bildiyi bütün mahnıları oxusun, qramafon valına yazıb, nota köçürsünlər.
Cabbar bəy burada 200-dən çox mahnı səsləndirir. Həmin vaxt Üzeyir bəy Konservatoriyanın rektoru idi. Böyük xanəndəyə zəhmətinin qarşılığı olaraq qonorar yazır. Cabbar bəy puldan imtina edərək: “Mən xalqın mülkünü onun özünə sata bilmərəm” deyir.
Картинки по запросу cabbar qaryağdı
 
- Bəs “İrəvanda xal qalmadı” mahnısının yaranma tarixindən nə deyə bilərsiniz?
- Cabbar bəy zəmanəsinin ən çox sevilən xanəndələrindən idi. Onu tez-tez müxtəlif bölgələrə toylara çağırırdılar. Bir dəfə İrəvana toy məclisinə dəvət alır. Həmin vaxtlar toylarda mütləq bəy tərifi olurdu. Bu toyda isə tam əksi baş verir. Gəlinin atası xanəndədən xahiş edir ki, yeganə övladına, qızına tərif oxusun. Cabbar bəy gəlinin atasına deyir ki, heç olmasa bir əlamətini desin. O da cavabında, qızımın üzündə bir cüt xalı var deyir. Beləcə
İrəvanda xal qalmadı,
O xal nə xaldır qoşa düzdürmürsən? -
deyə bədahətən mahnı qoşub, oxumağa başlayır.
 

Bu gözəl bəstənin ən güclü, qəlbəyatımlı ifalarından biri də qüdrətli sənətkarımız Xan Şuşinskiyə məxsusdur. Böyük xanəndəmiz öz füsunkar ifası ilə dinləyicisini xəyalən doğma İrəvan torpaqlarına aparır.

Mahnının tarixilə bağlı mərhum sənətkarımızın oğlu Aslan Cavanşirovun da dəyərli fikirlərilə tanış olduq:

"Atam bu mahnını çox sevdiyi üçün öz repertuarına daxil etmişdi. Səmimi etiraf edək ki, onun ifası öz peşəkarlığı ilə digərlərini geridə qoyurdu. Tarixinə gələndə isə bir neçə fərziyyə var. Ən münasibi budur ki, Cabbar Qaryağdıoğlu İrəvana səfər edir. Həmin vaxtlar İrəvan xanımları arasında bir dəb vardı. Yanaqlarına qoşa xal düzdürərmişlər. Cabbar bəyin burada bir xanıma gözü düşür və bu mahnını da bədahətən ona həsr edir.

Похожее изображение

Bəstənin sözlərində yatan dərin mənaya filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva da aydınlıq gətirdi.

- "Xal" sözü Azərbaycan xalqının çox qədim, eramızdan əvvələ aid inanclarına bağlıdır. Atəşpərəstlik dövründə bu söz “qal”, “qalanmaq” mənasında olmaqla, oda sitayişə bağlı idi. Bir çox türk xalqlarının tarixində “qal tanrı”, “od tanrı” anlayışı var. Bu haqda alimlərin qiymətli araşdırması mövcuddur. Xal atəşpərəstlikdə daim od yanan yerə deyilirdi. Yanmaqdan qapqara, kömür kimi olurdu. Atəşpərəstlik ocaqları söndürüldükdən sonra xal qara rəngin simvoluna çevrilməyə başladı. Bu gün dilimizdəki, tonqal, manqal sözlərinin “qal” tərkibi də qalanmaq fikrini ifadə edir və oda sitayış dövrünə aiddir. Türk xalqlarının dilindəki bəzi sözlərdə “q”, “x” hərflərinin əvəzlənməzi tükroloqlar tərəfindən araşdırılıb, “qara-xara” və s.

Azərbaycan ərazisində atəşpərəstlik məhv edildikdən sonra xal sözü poeziyada məcazlaşmağa doğru müxtəlif mənalarda inkişaf etdi. Poeziyada şairlər üzdəki xal və odu eyniləşdirirdilər. Buna Nizaminin qəzəllərində də rast gəlinir.

Sənin dodağın və cahanyandıran xalın udla şəkər kimidir,

Əcəb, udla şəkər yandırır, mənə belə manqal gərəkdir.

Orta əsrlər ədəbiyyatının görkəmli tədqiqatçılarının fikrincə xal obrazı haqda ədəbi mənbələrdə ümumi fikir bu şəkildədir. “Hansı xalı qaldırsan, altında od yanır.” Bu isə birbaşa atəşpərəstliklə bağlıdır. Bununla bağlı türk xalqlarına məxsus bir sıra atalar sözləri də var.

Məhs bu faktlar göstərir ki, “İrəvanda xal qalmadı” mahnısının sözlərinin tarixi çox qədimdir.

- Bəs müəllif Cabbar Qaryağdıoğludursa, mətnin tarixi necə qədim ola bilər?

- Mətnin deyil, fikrin tarixi qədimdir. Cabbar bəy bu sözləri bədahətən İravənda söyləyib. Cabbar Qarayağdıoğlu çox bilikli insan idi. Xalq içərisində böyümüşdü. Bu bir xalq məsəli, qan yaddaşı imiş ki, o da bu fikirə əsaslanıb, mahnının sözlərini söyləyib.

Sevimli xanəndəmiz, səhnəmizin “Məcnunu” Mənsum İbrahimov da bu mahnıya və müəllifə olan dərin rəğbətindən bəhs etdi:

- “İrəvanda xal qalmadı” Cabbar əminin ən çox sevilən mahnılarından biridir. Nəinki mən, bütün xanəndələrimiz onu sevərək ifa edirlər. Maraqlısı bilirsinizmi nədir? Zaman keçir, amma o öz təravətini itirmir. Bütün tədbirlərdə, el şənliklərində səsləndiririk.

Böyük sənətkarımızın onlarla mahnıları artıq xalq mahnısına çevrilib. Bu bir tərəfdən yaxşıdır, digər tərəfdən isə müəllif unudulur. Ona görə sizə dərin minnətdarlığımı bildirirəm və təşəbbüşünüzü alqışlayıram. Bu qəbildən araşdırmaların sayı nə qədər çox olarsa, bir o qədər musiqimiz və mərhum incəsənət ustalarımız təbliğ edilər.

Mərhum xanəndəmizin olduqca yumşaq, həzin, eyni zamanda əzəmətli avazı, geniş səs diapazonu, nəfəs verdiyi bir birindən zəngin mahnıları tək qramofon vallarına deyil, xalqımızın irs yaddaşına həkk olunub. Milli musiqimiz var olduqca Cabbar Qaryağdıoğlu da yaşayacaq.


“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO

Xəbər xətti

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Hamısı