“O dəhşətli yalan məni Rafiq Hüseynov elədi” Mərhum diktorun həyatı

Mədəniyyət 22:59 30.10.2017

Bu gün Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynov Almaniyada müalicə aldığı klinikada 71 yaşında dünyasını dəyişib. İstər xarakter etibarı ilə, istərsə də sənət baxımından tamaşçıların rəğbətini qazanan diktor uzun müddət ağ ciyər xərçəngindən əziyyət çəkib.

Qeyd edək ki, Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. Həyatının böyük hissəsini Bakıda, İçərişəhərdə keçirib. Hələ kiçik yaşlarından atasız qalan Rafiqi və bacısını anası böyüdüb. 

Onun televiziyaya gəlişi 17 yaşına təsadüf edib. O vaxtlar şərqşünas olmaq istəyən diktorun ailə vəziyyəti çətin olub. Təcili iş tapıb ailənin maddi durumuna kömək etmək məcburiyyətində qalıb. Buna görə də televizyaya iş üçün müraciət edib. 

Ona "nə üçün televiziyaya gəlmisən" sualını verəndə "televiziyaya böyük marağım var, mənim arzum burada işləməkdir”-deyə cavab verib. Sonradan Rafiq Hüseynov bunu ən dəhşətli yalan adlandırıb: 

“Bax, bu, böyük yalan idi. Dəhşətli yalan. Amma o dəhşətli yalan məni Rafiq Hüseynov elədi”.



İlk vaxtlar televiziyada özünü təsdiq edə bilməsə də, sonradan işıqçılıqdan diktorluğa kimi yüksələ bilib. Hətta bir müddət AzTV- nin sədr müavini vəzifəsində çalışıb. Ömrünün böyük hissəsini bu sənətə həsr edib və televiziyaya kadrların hazırlanmasında böyük əməyi olub. 

Maraqlıdır ki, telviziyaya gəlişi zamanı yalan danışan diktor, daha sonra yalan danışmamaq üçün televiziyadan ayrılıb.

"O, yalan danışa bilmir. Televiziyadan ona görə uzaqlaşmışdı ki, xalqın gözünün içinə yalan söyləyə bilməmişdi. Ona desələr ki, kimisə aldat, sənə milyon verəcəklər, bunu etməyəcək. Xarakteri belədir”,- diktorun həyat yoldaşı Səbinə Hüseynova müsahibələrinin birində deyib.

Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb.



Görünür, onu tamaşaçılara sevdirən tək görkəmi, səlis danışığı olmayıb, həm də səmimiyyəti olub.

“Mənə həmişə suallar verirlər ki, niyə bu qədər sevildiniz? Mənim bir cavabım olur həmişə: səmimilik”. 

Rafiq Hüseynov ətrafına, yoldaşlarına, hətta sevib seçdiyi, ailə qurduğu xanımlara qarşı da səmimi olub.

O, 4 dəfə ailə həyatı qurub. Özünə layiq bilib, evləndiyi xanımların hər birinə qarşı bu səmimiliyi qoruya bilib. O, əgər daha sevmirsənsə, deməli, həyat yolunu ayrımalısan, heç kimi münasibətdə aldatmaq olmaz, deyə düşünüb. 

“ Mən o insanlara həmişə qibtəylə yanaşmışam ki, qurduğu ilk ailədə xoşbəxtliyini tapır, ömrünün sonunacan o insanla xoşbəxt olur. Amma elə insanlar da var ki, mənim kimi axtarışda olur. Sonunda öz axtardığını tapır. Bu, əslində böyük bir problemdir, yad adamla bir evdə yaşamaq üçün böyük məhəbbət lazımdır. Bunu da tapmaq asan deyil”.



Rafiq Hüseynovun ailə qurduğu xanımlardan biri xalq artisti, tanınmış diktor Roza Tağıyeva olub. Bir-birlərini sevən cütlüyün nikahı övlad itkisinə görə ozulub. Övladlarının faciəli şəkildə öldürülməsindən sonra onlar arasında münasibətlər soyuyub, yad insanlara çevriliblər. Nəhayət, sevgi üzərində qurulan ailə dağılıb.



İllər sonra həyat onu Politalogiya İnstitutunda dərs deyərkən tələbəsi Səbinə xanımla qarşılaşdırıb. Digər qızlar kimi S. Hüseynova da xalq artistinə simpatiya ilə yanaşırmış. Ancaq bu simpatiyanın sonradan dərin sevgiyə çevriləcəyini o zaman kim bilərdi ki?! 

Səbinə Hüseynova: “İlk addımı o, atdı. Mənə evlənmək təklif etdi. Ona qarşı olan hisslərimi hələ özüm üçün aydınlaşdırmamış bu təkliflə qarşı-qarşıya qaldım”. 

Aralarında 30 yaş fərq inolmasına və Səbinə xanımın ailəsinin etirazına baxmayaraq, bu evlilik baş tutub. 

Xalq artisti axtardığı sevgini, qayğını Səbinə xanımda tapmışdı. Gənc ikən hislərinə üstünlük verən Səbinə xanım sonralar bu qərarın nə qədər məntiqli, ağıllı olduğunu anlayıb və diktoru əvvəlkindən daha çox sevməyə başlayıb.

“Rafiq kimisə sevibsə, onu aldatmayıb, evlənib onunla. Əgər sevgi bitibsə, yenə aldatmayıb və ayrılıb. Heç kimlə qeyri-qanuni, sevgidən uzaq münasibətləri olmadığını bilirəm”. 



Rafiq Hüseynov onu arvadbaz adandıranlar belə cavan verərdi: "Bunu çox adam deyirdi. Amma bircə fakt göstərib, bunu sübut edə bilməyiblər. Arvadbaz olmuşam, sevmişəm, aşiq olmuşam, burada nə var ki? Məhəbbət hər kəsin başını gələ bilər və gəlir də”.

Cütlüyün Leyli adında bir qızı var. Qəbirə olsa da, onları valideyn olmaq münasibəti ilə ilk təbrik edən şəxs diktorun keçmiş həyat yoldaşı Roza Tağıyeva olub. 



Gəncliyindən bəri həyat dostu olan Rafiqi itirmək Səbinə xanıma çox çətindir. O, Rafiqin ölümünü həyatındakı ən dəhşətli mənzərə hesab edir. 
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO

Xəbər xətti

Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib
21:39 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib
21:30 22.04.2024
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
21:21 22.04.2024
Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
21:20 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb
21:15 22.04.2024
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
21:00 22.04.2024
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb
20:56 22.04.2024
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
20:50 22.04.2024
Britaniyada iki nəfər Çinə casusluq etməkdə ittiham olunub
20:44 22.04.2024
Ərdoğan: “Fələstin dövlətinin yaradılması Yaxın Şərqdə sülhün açarıdır”
20:20 22.04.2024
XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
20:13 22.04.2024
Ən çox radiasiya yayan TELEFONLAR - Bu modelləri ALMAYIN!
Ən çox radiasiya yayan TELEFONLAR - Bu modelləri ALMAYIN!
20:00 22.04.2024
Qaribaşvili Azərbaycan səfiri ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib
19:55 22.04.2024
Umud Mirzəyev: "BAMF 13 min hektardan çox mina təmizləyib" - VİDEO
19:41 22.04.2024
Sarvan Cəfərov: Şirkətlərlə 100,5 min hektar sahədə pambıq istehsalı üçün müqavilə bağlanılıb
19:30 22.04.2024
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
19:10 22.04.2024
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb - Fotolar
18:56 22.04.2024
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub
18:55 22.04.2024
Sloveniya XİN-dən Azərbaycanla Ermənistan arasında razılaşmaya REAKSİYA
18:47 22.04.2024
Hamısı