“Şoudan sonra həyatımda çox şey dəyişdi” Qalib müğənni ilə özəl müsahibə

Mədəniyyət 13:02 14.11.2017
Eurasia Diary oxucularına “Maşın Şou”nun qalibi, müğənni-bəstəkar Talıb Tale ilə müsahibəni təqdim edir:
 
 
-Bildiyimə görə, “Maşın Şou”nun ilk təklifini qəbul etməmisiniz. Amma növbəti dəfə təklif gələndə müsbət cavab vermisiniz. Səbəb nə idi?
 
-İlk dəvət zamanı Rusiyada konsertlərim var idi. Vaxtı da təyin olunmuşdu. Bir az da tərəddüd edirdim deyə ilk təklifdən imtina etdim.
 
-Növbəti təklifi qəbul edəndə qalib olacağınıza inanırdınızmı?
 
-Xeyr. İnanmırdım. İnamım çox az idi. Dedim gedib ab-havaya baxım. Qismət. Oyuna düşdünsə gərək oyunun qaydalarına uyğun oynayasan.
 
-Oyunda iştirak etmək çətin idimi?
 
-Bəli çətinliklər oldu.
 
-Nə idi çətinliklər?
 
-Çətinliklər? İradə, dözümlülük lazım idi, hövsələ lazım idi, fiziki dözümlülük lazım idi.
 
-Bəzi şayiələrə görə, guya şouda hər şeyi Murad Dadaşov həll edir. Bu doğrudurmu?
 
-Murad Dadaşov əlbəttə hər şeyi həll edir. Amma baxır nə baxımından.
 
-Qalibi o müəyyənləşdirir?
 
-Xeyr. Qətiyyən.
 
-Bəs kim müəyyənləşdirir?
 
-Tamaşaçılar, oyunçular. Murad Dadaşov işini sevir və öhdəsindən lazımınca gəlir. Ona görə də o cür maraqlı şou alınır.
 
 
-Bəzi məlumatlara görə, sms səslərinin yığılması üçün iştirakçı özü pul ödəyir və şouda qalır. Belə hal olubmu sizdə?
 
-Vallah bu barədə danışanda əsəbləşirəm. Bu necə ola bilər axı ?!
 
-Bəs maşının qəzaya düşməsi nə söhbət idi?
 
-O da yalan idi, elə bir şey yox idi. Bəzi saytlar mövzu axtarırlar. Mənə xoş gəlməyən bilirsiz nədir? Hamı "Maşın Şou" barədə soruşur. Reytinq xətrinə belə məlumatlar yazırlar. Halbuki, “Maşın Şou”dan əvvəl hamısı özlərini yuxarıdan aparırdı. Bu mövzularda danışmaq mənim üçün xoş deyil.
 
-Mənimlə razılaşırsınızmı ki, “Maşın Şou”nun qalibləri arasında sizin qədər gündəmdə olan, sizin qədər populyar olanı olmadı?
 
-Düzü əvvəlki şouları izləməmişəm. Hər halda bunu kənardan baxanlar bilir. Şoudan sonra  həyatımda çox şey dəyişib. Mənə qarşı insanların münasibəti çox dəyişib. Hətta bu dərəcədə olacağını belə gözləməzdim.
 
-“Maşın Şou”dan yenə dəvət gəlsə gedərdinizmi?
 
-Yox getmərəm. Hətta qalib olmasam belə getməzdim. Bir dəfə kifayətdir.
 
-Şoudan sonra telefonunuzun itdiyini bildirmişdiz. Tapıldımı?
 
-Yox tapılmadı. İçərisində çox vacib bəstələrim var idi. Əsas ona görə heyfsilənirəm.
 
-Nəyə görə fəaliyyətinizə YouTube-dən başladınız. Efirlərə niyə çıxmırdız?
 
-Hazırda tanınmaq üçün ilk növbədə yaxşı maliyyə lazımdır. Çünki pul verib mahnı almalısan, aranjeman etdirməlisən, radiolarda səsləndirməlisən, efirlərə çıxmalısan. İlkin mərhələdə bunların hər birinə pul lazımdır. Mən də mahnılarımı özüm yazdım, aranjemanı özüm etdim. Eyni zamanda efirlərə çıxmağa cəhd elədim. Efirə çıxmaq üçün məndən müəyyən məbləğ istədilər. Mən isə həmin məbləği efirlərə yox, klip çəkilişinə yönəltdim. Bəzi telekanallar isə pul istəməsələr də yuxarıdan aşağı baxırdılar.
 
-Bəs hazırda necədir vəziyyət? Yenə sizdən müəyyən məbləğ tələb edirlər, yuxarıdan aşağıya baxırlar?
 
-Yox-yox dəvət edirlər. Amma indi mən efirə çıxmaq istəmirəm. Daha doğrusu "Maşın Şou"dan əvvəl dəvət olunduğum bütün verilişlərə getdim. Ondan sonra dəvət olunanlara isə getmirəm. Hazırda yeni kliplərlə görünmək istəyirəm.
 
-Niyə imtina edirsiniz efirlərdən?
 
-Mən xoşlamıram, xarakterimə uyğun deyil çıxım, oturum, danışım. Yaxud da otaq şəraitində veriliş gedir orada fanoqram oxuyum. Bunu xoşlamıram.
 
 
-Bir az da yaradıcılığınızdan danışaq. Hansı yenilikləriniz olacaq?
 
Hazırda kliplər üzərində işləyirik, özüm çəkiliş avadanlığı almışam. İstəyirəm mahnılar öz məhsulum olduğu kimi, kliplərimi də öz yaradıcı heyətimiz hazırlasın. Bakıda konsert verməyi planlaşdırıram. Bu həftə vaxtı bəlli olacaq.  Məkan isə Heydər Əliyev Sarayı olacaq. 
 
-Səmimi müsahibə üçün təşəkkürlər!

Sevinc İsgəndərova , Eurasia Diary 
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Hamısı