Rusiya arxivi Aşıq Ələsgərlə bağlı iddiaları məhv etdi FOTOFAKT

Mədəniyyət 10:40 06.02.2018

Azərbaycanın tanınmış aşıqları Aşıq Ələsgər və digər ustadlar Ağ Aşıq, Aşıq Alı barədə “Haqq-nahaq seçilər haqq divanında” kitabındakı iddiaları darmadağın edən sənəd ortaya qoyulub.

Söhbətin mövzusu olan kitab erməni mənbələrinə istinadən 2017-ci ilin iyununda nə qədər qəribə olsa da Bakıda çap olunub. Çap məhsulunda tanınmış aşıqların doğum tarixlərini saxtalaşdırmaqla aşıqlar bir neçə 10 il cavanlaşıdılır və bu cavanlaşdırmanın üzərindən ümumilikdə Qərbi Azərbaycanda türklərin tarixinin elə də dərin olmadığı iddiası ortaya qoyulur. Eyni zamanda Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə yönəlik dırnaqarası faktlar ortaya atılır. Kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərədir. Ötən ilin yayında dərcindən sonra böyük qalmaqallara səbəb olan kitabın müəllifi Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli, elmi redaktoru Atatürk Mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İnstitutunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir.

Kitabdakı saxtakarlıqları ifşa edən sənəd ötən gün Qərbi Azərbaycan kökənli ziyalıların düzənlədiyi, doğma yurdlarından deportasiya olunmalarının 30 illiyi ilə bağlı “Yurd həsrəti” adlı tədbirdə nümayiş olunub. Tədqiqatçı Sabutay Hacıyev Rusiya Federasiyasının Dövlət Arxivindən Aşıq Ələsgərlə bağlı əldə etdiyi sənədi təqdim edərək bildirib ki, sənədə əsasən Aşıq Ələsgər iddia edildiyi kimi 1852-ci ildə deyil, əvvəlki tədqiqatçıların da araşdırdığı kimi 1821-ci ildə dünyaya gəlib.

Çıxış edənlər deyiblər ki, özlərini tarixçi, folklorşünas adlandıran bəzi müəlliflər bu sənəd yayımlanandan sonra Aşıq Ələsgərə və digər ustadlara - Ağ Aşıq, Aşıq Alı və digərlərinin həyatları ilə bağlı etdikləri saxtalaşdırmalara nəhayət son qoyacaqlarına ümid edirlər.

Xatırladaq ki, Nazir Əhmədli müəllifi olduğu kitabda Ermənistan Milli Arxivinə istinadən iddia edir ki, Aşıq Ələsgər 1852-ci ildə, onun ustadı Aşıq Alı 1834-cü ildə, onun ustadı Ağ Aşıq isə 1791-də anadan olub.

Amma aparılmış tədqiqat işləri, indi isə Rusiya Dövlət Arxivindən Sabutay Hacıyevin aldığı sənəd bir daha Aşıq Ələsgərin 1821-də, Aşıq Alının 1801-də, Ağ Aşığın isə 1754-cü ildə anadan olduğunu bir daha ortaya qoyur.

N.Əhmədli çap məhsulunda ortaya qoyduğu fikirləri illərdir ki, ermənilərin başabəla “tədqiqatçıları” da əllərində bayraq ediblər. Kitabda Qərbi Azərbaycanda bir çox Azərbaycan kəndlərinin olmadığı da iddia olunur. Kitab oxucuda belə bir fikrin formalşamasına xidmət edir ki, Qərbi Azərbaycana türklər guya gəlmədi, sonradan məskunlaşıb və xeyli kəndlər sonra yaranıb, guya burada onlar da gəlmə olduqları üçün gələcəkdə o torpaqlara iddia edə bilməzlər.

Tədbrin təşkilatçıları jurnalist Mürvət Yusifov və Aşıq Alı irsinin tədqiqatçşısı, jurnalist Qabil Zimistanoğlu olub.

Tədbirdə çıxış edənlər Rus imperiyasının dəstəyi ilə tarixi Azərbaycan torpaqlarının ərazisi üzərində Ermənistan dövlətini yaratmasından, ermənilərin zaman-zaman yerli türkləri sıxışdıraraq “Türksüz Ermənistan” yaratmaq arzularına nail olmasından, bu gün də Ermənistan adlanan bir dövlətdə nümunə kimi bir soydaşımızın belə qalmamasından, ermənilərin törətdikləri vəhşiliklərdən, soydaşlarımızın başına gətirilən faciələrdən və s. söhbət açıblar. Hələ sovetlər dönəmində yer-yurd adlarını necə dəyişərək erməniləşdirilməsindən, ermənilərin tarixi abidələrimizi özününkləşdirmələri, evləri, mədəniyyət nümunələrini, qəbiristanlıqları necə xarabazarlığa çevirmələri barədə tədbir iştirakçlılarına ətraflı məlumat verilib.

Tədbirdə Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyət abidələri və s. barədə müxtəlif sahələrin araşdırması ilə məşğul olan alimlərin hələ qabaqda çox iş görməli olduqları, bu barədə yazılmış dəyərli məqalələrin və əsərlərin əcnəbi dillərə tərcümə olunaraq nəşrindən və çap məhsullarının ölkə hüdudlarından kənar yayımlanmasının zəruriliyindən söhbət açılıb.

Tədbirdə yurd yerlərinə qayıdana kimi Qərbi Azərbaycanıların deportasiya olunduğu günü qeyd etmək üçün hər il fevralın 5-nin Anım Günü kimi qeyd edilməsi, dünya ictimaiyyətinə 310 min əhalinin səsinin çatdırılması məqsədilə Deportasiya Mərkəzinin təşkili, İrəvanın yenidən Azərbaycana qaytarılmasının zəruriliyi yarandığından dövlətimizin bu məsələyə yenidən baxması ilə bağlı müvafiq strukturlara müraciətin ünvanlanması fikirləri səsləndi. Yer-yurdlarımızda erməni vandallığını əks etdirən videoçarx nümayiş olunub.(musavat.com) 

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Hamısı