Dünən xalq artisti Zərnigar Ağakişiyevanın ilk cümə axşamı olub.
Akademik Milli Dram Teatrının aktyorları bu münasibətlə aktrisanın dəfn olunduğu Qubaya yollanıblar. Onlar mərhumun məzarını ziyarət ediblər.
Xalq artistləri Məleykə Əsədova, Nürəddin Mehdixanlı, əməkdar artistlər Sənubər İsgəndərli, Vəfa Zeynalova məzarın üstünə gül dəstələri qoyublar.
Qeyd edək ki, aktrisanın cəsədi bir neçə gün əvvəl Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb. (axşam.az)