Aktyorla prototipin oxşar ölümü Fəryad

Mədəniyyət 15:58 26.02.2018

Şübhəsiz ki, Azərbaycan film tarixində Qarabağ müharibəsi haqqında çəkilmiş ən mükəmməl film 1993-cü ildə istehsal olunmuş “Fəryad” filmidir. Filmin ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissoru və baş rol ifaçısı Ceyhun Mirzəyevdir. Filmdə "Ögey ana" fimindəki İsmayılla "Fəryad" filmindəki İsmayıl bir xarakterdə birləşdirilib. Balaca İsmayıl artıq böyümüş, ailə sahibi olmuş, batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür…

“Fəryad” filminin hazırlıq prosesi 1992-ci ildə başlayır. Sınaq çəkilişlərində bir çox tanınmış aktyorlar iştirak edir. Onların arasında Fəxrəddin Manafov, Fərman Abdullayev kimi aktyorlar da olur. Ancaq son anda, rola uyğun olmasa da, Ceyhun Mirzəyev baş rolda özü çəkilmək istəyir. Heç kəs onun bu qərarına fikir bildirmir, bir növ uğursuz olacağından qorxub, susurlar. Çəkilişlər başlayır və çəkiliş prosesində filmin heyəti yanıldığına əmin olur. Çünki Ceyhun rola girmirdi, özünü oynayırdı. Daxilindəki iztirabları, Vətən sevgisini, Azərbaycan kişisinə xas qeyrəti göstərə bilirdi.

Filmin çəkilişləri 8 ay davam edir. Çəkilişlər Goranboyda, Murovdağın ətəyində aparılır. 20 nəfərlik heyət Naftalana ezam olunur, pansionatın binasında yerləşir. İsmayılın Xankəndidə saxlandığı evin dekorasiyasını isə Bakıda qururlar. Pavilyonda rəssam tərəfindən böyük bir dekor hazırlanır, zirzəmiyə girişin yeri müəyyən olunur. Amma zirzəmidə ermənilərin olduğu yer 5-ci Kardioloji xəstəxananın zirzəmisində lentə alınıb. Həmin yeri rəssam dekor edir. Sadəcə, filmdə olan bir yer iki müxtəlif məkanda çəkildiyi üçün, ardıcıllıq qorunmalı idi. Yəni evdən zirzəmiyə hansı tərəfdən düşürdülərsə, zirzəmidə də həmin istiqamətdə hərəkət davam etməli idi.
Filmdə heç bir xronikal kadrdan istifadə edilməyib. İlk kadrdan başlayaraq sonuncuya qədər hamısı quraşdırılıb.

Qar üstə yatanlar real Xocalı qaçqınlarıdır. Çəkiliş üçün 100-150 nəfər adam lazım olur. 2 "İkarus" uşaq, böyük - hamısı öz geyimində həmin təzə qar düşmüş yerə gəlir. Həmin epizodun çəkilişləri zamanı Ceyhun Mirzəyev hönkürtü ilə ağlamağa başlayır. Filmin operatoru Kənan Məmmədov ondan niyə ağladığını soruşur, Ceyhun isə deyir ki, bu insanlar xilas olsa da, indi Xocalı dəhşətini yenidən yaşayırlar.

Ceyhun Mirzəyevin ürəyi xəstə idi, qan təzyiqi isə tez-tez oynayırdı. Təklif edirlər ki, döyülmə səhnələrində onu kaskadyor əvəz etsin. O isə bundan imtina edir. Bildirir ki, bütün səhnələrdə özüm çəkiləcəm. Özü də həqiqətən döyün məni ki, təbii alınsın. Beləliklə, ona bronojilet və üstündən də öz geyimini geyindirirlər, erməni onu döyməyə başlayır. Amma bronojiletin olması da kömək etmir, çünki onu çıxardandan sonra bədənində izlər əməlli-başlı görünürmüş...

Filmin montaj prosesinin yekunlaşmağına az qalmış, Ceyhun Mirzəyev telestudiyada olan vaxt halı pisləşir, evə aparırlar, təcili yardım gələnə qədər isə keçinir. Onun ürəyi partlayır.

“Fəryad” filmi bir film kimi, ümumilikdə çox təsirli olsa da, bir epizodu tamaşaçıların yaddaşına əbədi həkk olunur. Ceyhun Mirzəyev, yəni İsmayıl evi yandırmaq istəyəndə görür ki, dığalar qaçıb zirzəmiyə girəndə uşağı unudublar, tez alovu söndürməyə çalışır, sonra da uşağa qoşulub ağlayır. Həmin an onun gözündən axan yaşlar dünyanın ən müqəddəs göz yaşlarıdır.

Qeyd: Azərbaycanın Qarabağ müharibəsindən bəhs edən "Fəryad" filmində təsvir olunan hadisələr real faktlara əsaslanır və baş qəhrəmanın prototipi var. Belə ki, Qarabağ müharibəsinin qazisi Mehman Hüseynov Milli Ordumuzun ilk hərbi hissələrindən birində - Şıx batalyonunda döyüşə yollanan birinci könüllülərdən olub. O, adı çəkilən batalyonda tağım komandiri olub. 1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, o zaman hərbçilərimizin silah-sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, onun özü isə yaralı vəziyətdə düşmənə əsir düşüb. Sonralar əsir düşən ermənilərlə dəyişdirilən Mehman Hüseynov Bakıda yaşayırdı. O, 2015-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib. (teleqraf.com)

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı