Azərbaycanın xalq artisti Afaq Bəşirqızı deyir ki, filmin çəkilməsi müştərək fikirdir
“KVN-nin üzvləri mənimlə olan işlərini müvəffəqiyyətlə görə biləcəklər”. Bunu “Planeta Parni iz Baku” teatrının istehsalı olan “Bəxt üzüyü-2” filmi haqqında danışarkən Azərbaycanın xalq artisti Afaq Bəşirqızı deyib.
“Mən ay yarımımı sərf edib onların bütün kasetlərini izlədim. Bundan sonra qərara gəldim ki, onlarla iş birliyi mümkündür. Bu filmin çəkilməsi bizim müştərək fikrimizdir. Film Vaqif Səmədoğlunun 80 illiyinə hədiyyə oldu. Mən istəyirdim filmi Vaqif Mustafayev çəksin, lakin o, digər filmin çəkilişlərində olduğu üçün alınmadı. Mən gördüyüm bütün işlərdə professionallıq axtarmışam. Böyük inam, gözəl ssenariyə görə mən bu filmdə çəkildim” — deyə o bildirib.(sputnik)