Görkəmli sovet və gürcü aktrisası, kinorejissor Leyla Abaşidze Tiflisdə 89 yaşında vəfat edib.
Bu barədə Gürcüstanın Mədəniyyət Palatasından jurnalistlərə məlumat verilib.
Bildirilib ki, aktrisa son vaxtlar ağır xəstəlikdən xəstəxanada müalicə olunurmuş.
1951-ci ildə Tiflisin Teatr İnstitutunun aktyorluq fakültəsini bitirən Abaşidze bir sıra komik və dramatik rolları ifa edib. O, oynadığı rollara görə bir sıra mükafatlar qazanıb. Abaşidze 2010-cu ildə Tiflisin fəxri vətəndaşı adını qazanmışdı.