Xəbər verdiyimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən incəsənət adamları ilə bağlı imzaladığı sərəncamda məşhur müğənni Eyyub Yaqubov da Xalq artisti adına layiq görülüb.
Sənətçi sevincini sosial şəbəkədə paylaşıb:
“Əziz və hörmətli dostlar! Cənab prezidentin sərəncamı ilə "Xalq artisti" fəxri adına layiq görüldüm. Bunun üçün hər kəsə öz ehtiramımı bildirirəm!”