Moskvada “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda konfrans açıldı

Mədəniyyət 18:40 20.11.2018

Heydər Əliyev Fondunun Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada təşkil etdiyi “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransın açılışında iştirak edib.

Eurasia Diary xəbər verir ki, Asiya və Afrika Ölkələri İnstitutunun direktoru İqor Abılqaziyev çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncam imzalayıb.

O deyib: “Bu yubiley beynəlxalq səviyyədə də bayram edilir. Nəsiminin əsərləri dünya poeziyasının mükəmməl nümunələrindən biridir. Bu əsərlərdə insan əzəməti və şəxsiyyət azadlığı tərənnüm edilir. Nəsiminin ədəbi irsi dövrün dərin poetik fikirlərinin və fəlsəfi baxışlarının vəhdətini təşkil edir. Nəsiminin yaradıcılıq irsi Azərbaycan ədəbiyyatının tarixində xüsusi mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir”.

İqor Abılqaziyev xüsusi vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycanın və Sovet İttifaqının böyük dövlət xadimi Heydər Əliyev Nəsimi irsinin populyarlaşmasında bilavasitə iştirak edib. O deyib: “Məhz Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. O vaxtdan Nəsimi irsinin daha ətraflı öyrənilməsi istiqamətində mühüm addımlar atılıb”.

Festivalın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirildiyini xatırladan AAÖİ-nin direktoru deyib: “Çox hörmətli Leyla xanım, fürsətdən istifadə edərək, bizə göstərdiyiniz diqqətə görə sizə bütün institutumuz adından təşəkkür dolu ən səmimi sözlərimizi ifadə etmək istərdim”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Nəsimi ideologiyasının əsasını təşkil edən dəyərlər indi də müasirdir. Əcdadlarımızın önəm verdiyi dəyərləri müasir gənclərin də bilməsi olduqca əhəmiyyətlidir.

Səfir deyib: “İqor Abılqaziyev çox düzgün qeyd etdi ki, sovet dövründə məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev keçmişin böyük filosof və şairlərinin – Nizaminin, Füzulinin, Nəsiminin və dünyanın söz xəzinəsinə öz töhfəsini vermiş digər şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində böyük işlərə başlayıb. Yəqin ki, bu işi onun oğlunun, Azərbaycanın indiki Prezidenti İlham Əliyevin davam etdirməsi çox rəmzi məna daşıyır. Diqqətəlayiq haldır ki, bu gün bu işlə Heydər Əliyevin nəvəsi, böyük filosofa həsr olunmuş belə tədbirlərin bütün dünyada keçirilməsinin təşəbbüskarı hörmətli Leyla xanım məşğul olur”.

Nəsimiyə həsr olunmuş konfransın məhz Azərbaycan dilinin tədris olunduğu AAÖİ-də keçirilməsinin də diqqətəlayiq olduğunu vurğulayan diplomat deyib: “Biz fəxr edirik ki, sizin tələbələriniz Azərbaycan dilini öyrənirlər və bu dildə yetərincə yaxşı danışırlar. Mən Azərbaycan dilini öyrənən tələbələrə böyük uğurlar arzulamaq və demək istəyirəm ki, Azərbaycan dilini yaxşı öyrəndiklərinə görə peşman olmayacaqlar”.

Sonra MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə oxuyublar, Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Azərbaycan aktyorlarının ifasında “Mərhaba” adlı musiqili-poetik tamaşa təqdim edilib.

Noyabrın 20-də konfrans işini davam etdirəcək. Konfrans iştirakçıları “Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiyası təcrübəsi”, “Nəsimi və Yan Qus. Şərqlə Qərbin mədəni vəhdəti”, ”Nəsimi dili – dünən, bu gün və sabah” və s. mövzularda məruzələr dinləyəcəklər.

Konfransda Nəsimi yaradıcılığının, şairin bədii-fəlsəfi irsinin müxtəlif aspektlərinə toxunan çıxışlarla yanaşı, müasir gənclərin mənəvi dəyərləri, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafı mövzularında müzakirələr aparılacaq.

Bundan əvvəl Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı