Qarabağ atlarının rəsmləri Finlandiyada keçirilən sərgidə nümayiş olunacaq FOTO

Mədəniyyət 16:07 26.11.2018
Azərbaycanın milli simvolu sayılan Qarabağ atı əsrlər boyu sənət adamlarının diqqətini özünə cəlb etmişdir. Nikolay Sverçkovdan Vasili Vereşaginə və Mixayıl Lermontovdan Lev Tolstoya kimi -  Qarabağın yarış atları daha kimləri özünə heyran etməyib?
 
Və bu təsadüfi deyil. Axı Qarabağ atı özündə gözəlliyi, azadlığı, mərhəməti, zərifliyi və zadəganlığı ehtiva edir. "Sənət adamına ilham alması üçün daha nə lazımdır?" - soruşula bilər.
 
Latviyalı rəssam Daçe Ştraus da Qarabağ atlarından ilhamlanan sənətkarlardandır. Ştrausun maraqlı həyat tərzi var. O, 1981-ci ildə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Zoo mexanik təhsili alıb. Ancaq sənətə olan sevgi tez və ya gec özünü büruzə verir və o ilk olaraq Latviya Rəssamlıq Akademiyasına (1988-1991), sonra isə Riqada Foto Məktəbinə (2005) daxil olmaqla, tədqiqatlarını fərqli ampluada davam etdirməyə qərar verir. Zaman keçdikcə Ştraus daha çox animalist rəssam kimi ixtisaslaşır.
 
Bütün bunlar yalnız bir şey - atlara aid zəngin təxəyyülünü kətan üzərinə köçürmək naminədir. Bu, onun vətəni Latviyada, sonra Finlandiyada və daha sonra isə Almaniyada tanınmasına səbəb olur; Onun 18 açıq və özəl sərgisi keçirilir.
 
Ancaq ən maraqlısı, əlbəttə ki, hələ qabaqda idi. Ştrausun taleyi Azərbaycanla, daha sonra isə Qarabağ atları ilə bağlandı. Odlar diyarına gəldiyi ilk günlərdə Ştraus yerli at sahibləri ilə əlaqə yaratmaq üçün aktiv fəaliyyətə başladı. O, Qarabağ atları cinsi haqqında araşdırma apardı və bu tezliklə onun əsərlərinin əsas bədii xəttinə çevrildi.
 
Daçe Ştrausun əsərlərinin dili seyrçinin diqqətini hisslərin çalarları, emosional boyalar, təsvir olunan Qarabağ atlarının harmoniya təşkil edən monotonluğuna və Azərbaycanın tarixinə və ənənələrinə aid tematik əlavələrlə birgə bu nəcib heyvanların detallı təsvirinə yönəltməkdir.
 
Öz səsini ictimaiyyətə və geniş kütləyə çatdırmaq üçün Ştraus növbəti sərgi haqqında düşünür. Bu dəfə sərgi konkret olaraq Qarabağ atlarına həsr olunacaq. İndiyə kimi belə bir fürsət yaranmamışdı. 
 
1918-ci ildə Azərbaycan Demokratik Respublikası və Latviya Respublikası öz müstəqilliyini elan etdi. Təxminən 100 il sonra, 2018-ci ildə artıq bu iki respublikanın ildönümünü qeyd etmək üçün hər hansı əlaqələndirici bir həlqə tapmaq lazım idi. Daçe Ştraus bunu fikirləşib tapdı.
 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Latviyanın Azərbaycandakı səfirliyi, AGA Group və Muzey Mərkəzinin birgə təşkil etdiyi və Qarabağ atlarına həsr edilmiş "Yaşayan İrs" adlı növbəti sərgi 30 May-4 İyun 2018-ci il tarixlərində Muzey Mərkəzinin İncəsənət Qalereyasında keçirilmişdir.
 
Sərgiyə Qarabağ atlarının hər biri öz qeyri-adiliyi ilə valeh edən 29 nüsxədən ibarət rəsm əsəri daxil idi. Ştraus hər bir sənət əsərinə qəlbinin bir parçasını qoyub; onun təsvirləri kətanda bu cür hərarətlə təsvir edilmişdi. Sərgi böyük müvəffəqiyyət qazandı və mesaj çatdırılmış oldu!
 
Daçe Ştraus iki ildir ki, Azərbaycanda yaşayır. Və biz çox ümid edirik ki, o, yaradıcılığı ilə bizi sevindirməyə davam edəcək!
 
Noyabrın 27-də Finlandiyada Espoo şəhərində, Qarabağ atlarının rəsmlərinin nümayiş olunacağı bədii sərgi keçiriləcək.
 
Əlihüseyn Quluzadə
 
1
 
1

 

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Elmira Süleymanova ilə vida mərasimi keçirilir
15:22 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
Hamısı