Noyabrın 26-da meksikalı pianoçu Xesus Lepe Riko Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış etdi. Tamaşaçılar maestro Xesus Lepenin mahir ifasında Bax, Bethoven və Şopen kimi məhşur bəstəkarların əsərləri, eyni zamanda Manuel M.Ponse kimi dünya şöhrətli mühüm meksikalı bəstəkarlarının əsərlərini dinləməkdən böyük zövq aldılar. Meksikanın Azərbaycandakı Səfirliyi ilə Beynəlxalq Muğam Mərkəzi tərəfindən təşkil olunan bu konsert uğurlu keçdi. Publika özündə bayram ilə klassik abu-havanı cəmləşdirən mühiti yaratdığı üçün maestroya minnətdarlığını ifadə etdi. Maestro Lepe Riko, öz növbəsində, Bakıda olmaq və azərbaycanlı publika ilə öz sənətini bölüşməkdən məmnun olduğunu bildirdi.
Xesus Lepe Riko Tamaulipas ştatının Tampiko şəhərində dünyaya göz açdı. Musiqi təhsili Tamaulipas Muxtar Universiteti və Verakruz Universitetində aldı. Bir sıra milli mükafatlara layiq görülmüşdür: Tamaulipas ştatında 2012-ci ilin artisti, dəfələrlə Verakruz Universiteti və Gənc Musiqiçilərin Beynəlxalq İnstitutunun təqaüdçüsü olmuşdur. Meksikanın bir çox səhnələrində solist ifaçı kimi çıxış etmişdir. Piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktorudur. Bundan əlavə, 2011-ci ildən bu günə kimi Verakruz ştatının Papantla de Olarte “Lazara Meldiu” Bələdiyyə Mədəniyyət Evinin piano sinfinin rəhbəri və müəllimi kimi fəaliyyət göstərir.