Striminq xidmətlərində XX əsrə aid ən çox dinlənilən mahnı müəyyənləşib.
Eurasia Diary xəbər verir ki, bu haqda “Universal Music Group” mediaholdinqi öz “Twitter” hesabında məlumat paylaşıb.
Həmin mahnı Britaniyanın “Queen” rok qrupunun “Bohemian Rhapsody” adlı mahnısıdır və 1,5 milyard dəfəyə yaxın dinlənilib. “Variety” jurnalı qeyd edir ki, yeni rekordun qeydə alınmasına Fredi Merkurinin həyatından bəhs edən “Bohem Rapsodiyası” adlı bioqrafik dramın böyük ekranlara yol tapması olub. Film artıq “Qızıl Qlobus” mükafatına əsas namizədlərdəndir.
Xatırladaq ki, əfsanəvi trek “Queen” qrupunun frontmeni Freddi Merkuri tərəfindən yazılıb və sinql şəklində 1975-ci ildə işıq üzü görüb. Reliz vaxtı səsyazma şirkətlərinin tarixinə ən bahalı mahnı kimi düşüb. Kompozisiya qeyri-adi struktura malikdir. Belə ki, onu altı fərqli istiqamətli hissələrə ayırmaq olar (ballada, opera, akapella, ağır metal və s.). Kompozisiya üç dəfə “Hot 100” çartına daxil edilib (Bilboard versiyasına görə).