İtaliya Senatında “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabının təqdimatı olub

Mədəniyyət 23:14 14.12.2018

İtaliya Senatının kitabxanasında “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycanın İtaliyadakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və İtaliyanın “Sandro Teti” nəşriyyat evinin birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə İtaliya parlamentinin deputatları, o cümlədən müxtəlif dövlət qurumlarının, elm, mədəniyyət dairələrinin üzvləri, KİV təmsilçiləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbiri açan İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rosanna Boldi ölkəmizin zəngin mədəniyyəti, o cümlədən ədəbiyyatı barədə danışaraq kitabın Azərbaycan qadın şairlərinin ədəbiyyata verdiyi töhfələri müşahidə etmək baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycana çoxsaylı səfərlərində ölkəmizdə qadınların cəmiyyətdəki önəmli rolunun şahidi olduğunu deyən italiyalı deputat təqdim edilən kitabı bunun bariz nümunəsi kimi dəyərləndirib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan mədəniyyətinin İtaliyada daha yaxından tanıdılmasına xidmət edən bu tədbirin İtaliya Senatının kitabxanasında təşkilinə görə Senatın rəhbərliyinə təşəkkürünü bildirib.

İki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyən diplomat bu il İtaliya Prezidenti Sercio Mattarellanın, Senatın sədri Maria Elsabetta Kasellatinin Azərbaycana, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın isə İtaliyaya rəsmi səfərlərinin yüksək səviyyəli siyasi dialoqun mövcudluğunun bariz nümunəsi olduğunu bildirib.

Bu kimi mədəni tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılması nöqteyi-nəzərdən əhəmiyyətini bildirən M.Əhmədzadə Azərbaycan qadınının milli ədəbiyyatımızın zənginləşdirilməsi ilə yanaşı, cəmiyyətimizin ictimai-siyasi, elmi-mədəni həyatında da fəal rol oynadığını vurğulayıb.

Diplomat Azərbaycan ədəbiyyatının bəşəriyyətin mədəni irsinə verdiyi töhfələrdən söz açaraq qadın ruhunun ədəbiyyatımızın zənginləşməsindəki rolundan danışıb, eləcə də təqdim olunan kitabdakı bir sıra qadın şairlərin cəmiyyətdəki mövqeyindən, o cümlədən Xurşudbanu Natəvanın Azərbaycanın tarixi torpağı olan Qarabağdakı ictimai fəaliyyətindən bəhs edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan ədəbiyyatının, incəsənətinin, maddi və mədəni irsinin zənginliyindən söhbət açıb. O, Azərbaycanda bu dəyərlərə böyük həssaslıqla yanaşıldığını və mədəniyyətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Rəhbərlik etdiyi fondun türk mədəniyyəti irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təşviq edilməsindən ibarət olduğunu bildirərək fondun gördüyü işlərdən danışıb.

“Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” şeirlər toplusunun əhəmiyyətindən bəhs edən G.Əfəndiyeva kitabın ərsəyə gəlməsi və hazırlanması barədə məlumat verib. Azərbaycanın zəngin ədəbi irsinə qadınların verdiyi töhfələr barədə danışan G.Əfəndiyeva qadın sairlərimizin bir çoxunun Azərbaycanın tarixi torpağı olan Qarabağda yaşayıb-yaratdığını söyləyib.

“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti rəhbərlik etdiyi nəşriyyat evi tərəfindən dərc olunmuş Azərbaycan haqqında kitablar, o cümlədən azərbaycanlı müəlliflərin italyan dilinə tərcümə edilmiş əsərləri barədə danışıb. O, Azərbaycan, ümumilikdə, türk mədəniyyətinə rəğbət bəslədiyini və Azərbaycanla bağlı kitabların nəşrinin İtaliya ictimaiyyətində ölkəmizin mədəniyyətinin daha yaxından tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

Təqdim olunan kitabın dərc edilməsində məqsədin italyan oxucusuna Azərbaycanın zəngin ədəbiyyatı və ədəbiyyata qadınların verdiyi önəmli töhfələr, eyni zamanda, qadınların Azərbaycan cəmiyyətindəki əhəmiyyətli rolunun olduğunu bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və “Sando Teti” nəşriyyat evinin birgə layihəsi olaraq İtaliyada çap olunmuş, tərtibatçıları Günay Əfəndiyeva və Şəhla Nağıyeva olan bu kitaba 1200-1991-ci illərdə yazıb-yaradan Azərbaycanın qadın şairlərinin şeirləri Azərbaycan və italyan dillərində daxil edilib.

Tədbirdə ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru isə Zəhra Quliyeva olan “Azərbaycan poeziyasında qadın ruhu” adlı sənədli film nümayiş olunub.

Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra şeirlər bədii-musiqili kompozisiya formasında təqdim edilib. Təqdimat mərasimində Cəmilə Həşimovanın kitabda əks olunan illüstrasiyalarından ibarət sərgi də nümayiş olunub.

Tədbir iştirakçıların böyük marağına səbəb olub, kitab, eləcə də nümayiş olunan film, bədii-musiqili kompozisiya və sərgi ilə bağlı çoxsaylı müsbət rəylər səsləndirilib.

Qeyd edək ki, “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” adlı şeirlər toplusu İtaliyada son illərdə Azərbaycanla bağlı çap olunmuş bir sıra kitablarla birgə bu günlərdə Romanın “La Nuvola” mədəni mərkəzində keçirilən İtaliyanın ən böyük nəşriyyat sərgilərindən olan “Daha çox kitab, daha çox azadıq" kitab yarmarkası çərçivəsində də təqdim olunub.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi - CANLI

Xəbər xətti

Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi - CANLI
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
Hamısı