İlahiyyat İnstitutunda ali təhsil müəssisələrində ərəb dilinin tədrisinə dair müzakirələr aparılıb

Mədəniyyət 20:30 17.12.2018

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş “Azərbaycanda ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın ali təhsil müəssisələrində ərəb dilinin tədrisi ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunub. Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkəmizdə mövcud olan yüksək dini-mənəvi mühitdən danışıb. O, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla, ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bildirib. Prezident İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan rektor ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib. C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun yaranma səbəbi, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, hədəfləri haqqında məlumat verib.

İnstitutun ilk tədris ilinə islamşünaslıq və dinşünaslıq ixtisasları ilə başladığını bildirən rektor ali tədris müəssisəsində bununla bağlı ərəb dilinin, ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədris olunduğunu qeyd edib. Rektor Azərbaycanda ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, o cümlədən müasir ərəb dilinin tədrisi ilə bağlı bir sıra təkliflər səsləndirib.

Aİİ-nin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov Beynəlxalq Ərəb Dili Günü ilə bağlı təqdimatla çıxış edib. O, 1973-cü ildə ərəb dilinin BMT Baş Assembleyasında qurumun rəsmi dili elan edilməsi haqqında məlumat verərək, bu təşəbbüsün mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına yardım etdiyini vurğulayıb.

Fələstin dövlətinin ölkəmizdəki səfiri Nasir Əbdül Kərim ərəb dilinin zənginliyi haqqında məlumat verib. O bildirib ki, ərəb dili ardıcıl olaraq 15 əsr ərzində davamlı şəkildə işləkliyini qoruyub-saxlayıb. Hazırda bu dili öyrənən şəxs müasir ərəb dilindən istifadə edərək, islamdan əvvəlki dövrə aid olan mətnləri oxuya bilər.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin direktoru Əsgər Farsi ərəb dilinin məziyyətlərindən danışaraq, müsəlman ölkələri arasında vaxtilə iqtisadi-mədəni körpü yaradan bu dilin vahid İslam mədəniyyətinin təşəkkülündəki rolu haqqında məruzə edib.

Azərbaycan Dillər Universitetinin baş müəllimi və Sultan STS şirkətinin rəhbəri Ülviyyə Hüseynova qeyd edib ki, ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi dil kimi, BMT dillərinə əlavə edildikdən sonra onun öyrənilməsinə tələbat artıb. Bu dilə artan maraq ərəb dünyası və ərəb dili mütəxəssisləri və müəllimlərinin üzərinə böyük məsuliyyət, qarşılarına isə çətin vəzifə qoyur.

Konfransda Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ədəbi mərasimlər və nəşrlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Aida Qasımovanın “Ələsgər Məmmədovun dərslikləri və Azərbaycanda ərəb dilinin tədris problemləri BDU-nun şərqşünaslıq fakültəsinin timsalında”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidovun “Qurani-Kərimdə bədii ifadə vasitələrinin işlədilməsi xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib. Həmçinin AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, dosent Məmmədəli Babaşlının “Qloballaşan dünyada ərəb dilinin artan rolu və potensial imkanları”, həmin institutun doktorantı Elnur Mustafayevin “Quranın ərəb dilinin inkişafında oynadığı rol”, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin elmi işçisi Natavan Bağırovanın “Ədi ibn Zeyd ərəb saray ədəbiyyatının ilkin nümayəndələrindən biri kimi”, Sumqayıt Dövlət Universitetinin tələbəsi Kənan Şahbazlının “Azərbaycan və ərəb ölkələri arasında mədəniyyətlərarası əlaqələrin dünəni və bu günü” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbirdə, həmçinin tanınımış ərəbşünas Ülviyyə Hüseynovanın təsis etdiyi Sultan STS ərəbşünaslar klubunun üzvləri və Aİİ-nin tələbələri Mirzəli Mirzəzadə, Zeynəb İsmayılova, İskəndər İskəndərov, Elvin Rəcəbov və Davud Qəribli ərəb dilində şeir və mahnılar səsləndiriblər.

 

Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO

Xəbər xətti

Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Hamısı