Bu gün Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bakı Avrasiya Universitetinin qonağı olub.
Qonağı Universitetin müəlliməsi, eyni zamanda Sultan STS şirkətinin təsisçisi Xanım Ülviyyə Hüseynova qarşılamış və daha sonra səfir mühazirə zalına keçib. Mühazirədə bəzi tədris heyəti üzvləri, Sultan STS şirkətinin üzvləri və Bakı Avrasiya universitetinin tələbələri iştirak edib. Qeyd edək ki, Fələsitin səfiri daha əvvəl universitetdə bir neçə dəfə qonaq olub.
Cənab səfir onu universitetdə qonaq etdiyi üçün Ülviyyə xanıma, universitetin idarə heyətinə, Sultan STS ərəbşünaslar klubuna və həmçinin iştirakçılara təşəkkürünü bildirib. O gənc ərəbşünasların marağını və həvəsini yüksək qiymətləndirib. Daha sonra səfir mühazirə ilə çıxış edib. Qeyd edək ki, mühazirə ərəbşünas tələbələrin böyük marağına səbəb olub. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir çox vacib məsələlərə toxunulub. O mühazirədə Fələstin probleminin tarixinə, gələcəkdə Yaxın Şərqdə İsrail və Fələstin arasında yarana biləcək sülhün elementlərinə toxunmuş və həmçinin Azərbaycan və Fələstin arasında mövcud olan yüksək əlaqələrdən danışıb. Sonda səfir tələbələrin suallarını cavablandırıb. Tələbələrin sualları səfirin çox xoşuna gəlib.