Səməd Vurğunun musiqiçi nəticəsi maraqlı faktları açdı Ölümündən qabaq məni çağırdı və...

Mədəniyyət 13:40 22.12.2018

Səməd Vurğunun nəticəsi, Fransanın “Ecole Normale de Musique de Paris-Alfred Cortot” akademiyasının tələbəsi, gənc pianoçu Vurğun Vəkilov suallarımızı cavablandırıb.

Eurasia Diary Publika.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Vurğun, böyük şairimiz Səməd Vurğunun soyundansınız. Öncə bu haqda danışaqmı?

- Səməd Vurğunun 3 övladı olub - Aybəniz, Vaqif və Yusif Səmədoğlular. Aybəniz xanımın qızı Aygünün oğluyam. Mən doğulanda atamın soyadı ilə getməli idim. Amma atam icazə verdi ki, Vəkilov soyadını götürüb bu soyadı daşıyım.

- Səməd Vurğun haqda sonsuz sayda yazılar, xatirələr var. Amma yəqin ki, nənəniz sizinlə yalnız ailənizə məlum olan məqamları da bölüşüb.

- Nənəmin atası haqda kifayət qədər maraqlı xatirələri var. Təəssüf ki, çoxu yadımda qalmayıb, amma Bakıdakı kitabçamda qeydlərim var. Xatırladıqlarımdan bir neçəsini bölüşəcəm. Səməd Vurğun Kislavodskda dincəlməyə gedir. Bu müddətdə teatra bilet alır. Deputat dostu ilə birgə tamaşaya gedirlər. Teatrın binasının önündə isə böyük növbə olur. Dostu Səməd Vurğuna deyir ki, istəyirsən, gedim kim olduğumu deyim, bizi içəri növbəsiz buraxsınlar. Babam da razılaşır. Dostu geri qayıdır ki, buraxmadılar. Sonra Səməd Vurğun yaxınlaşıb kim olduğunu deyir, növbəsiz tamaşa zalına keçirlər. Səməd bəy ölüm ayağında olanda əlinə aldığı son kitab “Aygün” poeması olub. Nənəm də bu poemanın qəhrəmanının şərəfinə anamı Aygün adlandırıb. Bir də özümü xatırlayandan bəri Səməd Vurğundan ilhamlanıb şeir yazdığımı xatırlayıram. Haradasa beş-altı yaşındaydım, ilk şeirlərimi nənəmə oxudum. Nənəm dinləyib dedi ki, Vurğun, sən poeziyada axsayırsan, yaxşısı budur musiqinin ardınca get.

- Vurğun, cümhuriyyətimizin 100 yaşında Vəkilovlar soyunu yada salmaya bilməzdik...

- İbrahim ağa Vəkilov Səməd Vurğunun əmilərindən olub. İbrahim ağa Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Onun doğma qardaşı Mehdixan Vəkilov isə tarixçi alim və siyasi xadim olub.

- Şeirin, sözün hökm etdiyi böyük ailəyə musiqi ruhunu siz gətirmisiniz?

- Sırf şairlər ailəsi deməzdim. Çünki bizim ailədə hər kəs yola musiqi ilə çıxıb, sonradan öz məcralarına düşüblər. Vaqif bəy də, Yusif bəy də, Aybəniz xanım da, anam da Bülbül adına orta ixtisas məktəbini bitiriblər. Vaqif Səmədoğlu isə musiqi karyerasını daha çox davam etdirib. Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunub. Sonra elə Konservatoriyada professor olub, dərs verib. Ardınca cazla maraqlanmağa başlayıb. Hətta uzun müddət Azərbaycan Dövlət Televiziyasında caz haqda verilişlər hazırlayıb. Ən sonda isə poeziya fəaliyyətinə başlayıb. Ömrünün axırınadək evində fortepiano olub. Əsasən də Bill Evansın üslubunda əsərlər ifa etməyi sevib. Mən də üç-dörd yaşımdan evdə filmlərdə musiqi səslənəndə qaçıb bir barmağımla ifa edirdim. Musiqi yaddaşım çox güclü idi. Tam musiqi duyumum vardı. Ona görə də anam məni musiqiyə yönləndirdi.

- Demək seçiminizdə əsas ananızın əməyi olub

- Bəli, anam özü də musiqini çox sevir. Bizim evdə 24 saat müxtəlif musiqilər səslənirdi. Anam musiqi məktəbinin son sinfində oxuyanda nənəmlə birgə dərsdən qayıdırmış. Anasının əlini buraxıb yolu keçmək üçün qaçanda onu maşın vurur. Əli bərk zədə alır. Həkimlər deyir ki, artıq uzun müddət ifa edə bilməz. Ona görə anam sanki öz yarım qalan arzularını da mənim üzərimdə gerçəkləşdirdi. Hətta o, mənə hamilə olanda da, fortepianoda ifa edirdi. Sanki məni o vaxtdan musiqi ilə qucaqlamışdı. Beş yaşımdan musiqi ilə ciddi məşğul olmağa başladım. Bülbül adına orta ixtisas məktəbində oxuyarkən Musiqi Akademiyasının prorektoru Oqtay Abbasquliyevdən özəl dərslər alırdım. Sonra elə akademiyada onun sinfinə qəbul olundum. Mən birinci kursda oxuyanda Oqtay müəllim dünyasını dəyişdi. Bu vaxta qədər o heç vaxt məni çağırıb beynəlxalq müsabiqələrdə iştirak etməyi tapşırmamışdı. Onu da vurğulayım ki, istənilən musiqiçi üçün beynəlxalq müsabiqələrin böyük rolu var. Ölümündən bir ay öncə kabinetinə çağırdı və məni Fransada təşkil olunacaq beynəlxalq müsabiqəyə yollayacağını dedi. Cəmi bir ay vaxt qalmışdı. Proqramı çatdıra bilməyəcəyimdən çox qorxurdum. Dedi ki, sənə inanıram, çatdıracaqsan. Hələ yola çıxmamışdan öncə öyrəndim ki, Oqtay müəllim dünyadan köçüb. Fransadakı müsabiqədə ikinci yerə layiq görüldüm. Üstəlik Parisdə bir il pulsuz təhsil almaq hüququ qazandım. Sanki müəllimim özü getdi, amma mənim yolumu açdı ki, təhsilimi mükəmməlləşdirim.

- Çox vaxt ölkə xaricində oxuyub qayıdan gənclərimiz deyir ki, Azərbaycan təhsili qat-qat zəifdir. Bəs siz necə düşünürsünüz?

- Digər ölkələr haqda heç nə deyə bilmərəm. Amma Azərbaycanın orta musiqi məktəblərinin verdiyi baza Fransa məktəblərinə nisbətən çox güclüdür. Bu isə ondan irəli gəlir ki, Azərbaycan sovet ittifaqının tərkibində olanda, ən qabaqcıl musiqi tədrisi Moskva Konservatoriyasında olub. Bizim musiqiçilərimizin çoxu da həmin ali məktəbin tədrisi üzrə çalışırlar. Hətta Bülbül adına orta ixtisas məktəbinin diplomunu hazırkı oxuduğum ali məktəbə təqdim edəndə, bildirdilər ki, sən artıq bu dərsləri bildiyinə görə onların tədrisindən azad olunacaqsan. Ancaq onu da vurğulamalıyam ki, üçüncü tədris ilidir Fransadayam. Burada incəsənət xadimi olaraq fəaliyyət göstərmək daha önəmlidir. Sanki musiqiçini şəxsiyyət kimi formalaşdırırlar. Mənim oxuduğum konservatoriya sırf konsert verəcək ifaçılar yetişdirirlər. Lakin mən burada fransız təhsili almıram. Müəllimim Rəna Şerişevskaya da əslən Bakılıdır və Moskva Konservatoriyasının məzunudur. Sanki iki arzum birdən yerinə yetdi. Avropanın Fransa kimi musiqiçiyə önəm verilən ölkəsində arzusunda olduğum rus musiqi tədrisini mənimsəyirəm. Buna görə də çox xoşbəxtəm.

- Çox maraqlı məqama toxunduq. Sizcə, Avropada musiqiçiyə, ifaçıya qoyulan dəyər Azərbaycanda axsayır?

- Xeyr. Deməzdim ki, axsayır. Cənab Prezidentimizə və xanımına minnətdaram ki, düz beşinci sinifdən prezident təqaüdü alıram. Amma sırf musiqiçinin formalaşması baxımından nəinki Azərbaycanda, eləcə də Rusiyada axsamalar var. Fransızlar özləri də klassik musiqini dərindən sevmirlər. Daha çox müasir janrlara üstünlük verirlər. Böyük rus pianoçusu Mixail Pletnyovun fikrini təkrarlamaq istəyirəm, indi elə bir dövrdür ki, insanlar sanki harasa tələsir. Onların həyat tərzini isə ritmik, modern musiqilər ehtiva edir. Cəmiyyət musiqinin dərinliyinə gedib onun haqda düşünmək istəmir. Məsələn, filarmoniyaya gəlib klassik musiqi dinləyən insan üçün hər şey elə o konsert salonunda da bitir. Amma o musiqi niyə yazılıb, bəstəkar nə demək istəyib, bu faktorlar heç kimi maraqlandırmır. Buna görə də hər bir ölkənin musiqi baxımından öz çatımazlıqları var. Ancaq inanıram və ümid edirəm ki, bundan daha yaxşı ola bilər. Çünki Bethovenin də dediyi kimi, musiqi Allahın dilidir. Mən də bu ifadə ilə razıyam. Ona görə musiqini yüksək mədəniyyət cərəyanı kimi daha çox inkişaf etdirmək olar.

- Bəs Allah həqiqətən hansı dildə danışır? Və siz onun dilini anlaya bilirsinizmi?

- Musiqi Allahın dilidirsə, mənim üçün beş dahi, musiqinin baniləri var - İohan Sebastian Bax, Bethoven, Motsart, Raxmaninov, Şopen. Onlar mənim üçün Allaha ən yaxın insanlar, bir növ peyğəmbərdirlər. Onların içərisində ən böyük zirvə mənim üçün Baxdır. O, katolik idi. Ömrü boyu da kilsədə çalışmışdı. Yaradıcılığı sırf kilsə musiqisinə həsr olunub. Lakin bundan əlavə elə musiqilər bəstələyib ki, mən onları ifa edəndə sanki Allahla dialoq qururam. Deyə bilmərəm ki, tanrı ilə danışa bilirəm, amma Bax musiqisi ifa edəndə, Allahın dilini anlayıram. Bəzilərinin oxuduğu yüzlərlə kitabın verdiyini Baxın əsərlərinin cəmi bir məqamı mənə verə bilir. İstənilən peşədə belə mənəvi yol olsaydı, insanlar da daha mərhəmətli olardılar, sülh içərsində yaşayardılar.

- Belə bir deyim də var ki, musiqiçi qısqanc qadın kimidir, Ona nə qədər az zaman ayırsan, bir o qədər də uzaqlaşırsan. Siz necə, bu ilahi ünsiyyətdən uzaqlaşmağı düşünmüsünüz?

- Heç vaxt uzaqlaşmaq istəmərəm, İstəsəm belə bu, mümkün deyil. Çünki o artıq mənim içimdədir, qanımdadır, mənimlə yaşayır. Başqa sənət haqda düşünməmişəm. Allahın işidir, gələcəkdə karyeram alınmasa belə, hər zaman vaxt tapıb gözəl musiqi dinləyə biləcəyəm.

- Klassik musiqi ruhun ən böyük qidası olsa da, maddi baxımdan vəziyyət ürəkaçan deyil. Yoxsa yanılıram?

Bilirsiniz, indi bir sıra nüfuzlu beynəlxalq müsabiqələr var ki, onlarda iştirak edib, maddi rifahı yüksəltmək də mümkündür. Sadəcə bu yola çıxmaq üçün böyük əzm və istedad tələb olunur.

- Şəxsi müşahidələrimdən bu qənaətə gəlmişəm ki, Avropa dinləyicisi öz musiqisinə daha çox önəm versə də, digər xalqların etno yaradıcılığına təəccüblənə bilir. Necə düşünürsünüz, fransızlar Azərbaycan musiqisini nə dərəcədə sevirlər?

- Fransada təşkil olunan konsertlərdə daha çox Qara Qarayevin əsərlərini, yaxud xalq mahnılarımızı ifa edəndə publika daha böyük maraqla qarşılayır. Çünki onlara xas olmayan səsdir, melodiyadır. Bu məni çox sevindirir. Sırf bu cəhətə görə Azərbaycan musiqisini dünyada tanıtmaq mümkündür.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı