Mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış kino və teatr aktyoru, xalq artisti Fəxrəddin Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrından işdən çıxmasına münasibət bildirib.
Eurasia Diary-nin xəbərinə görə, Ə.Qarayev Report-a açıqlamasında deyib ki, Mədəniyyət Nazirliyi məsələni nəzarətə götürüb, müəyyən addımlar atıb.
“Fəxrəddin Manafov Azərbaycanın tanınmış aktyorudur. Tənqiddən nəticə çıxarıldı, müəyyən addımlar atıldı. Artıq xalq artisti özü bu barədə qərar verəcək. Mən yaradıcı insana deyə bilmərəm ora get, bura getmə”, - deyə nazir vurğulayıb.