Ranar Musayev Xəyalə və “Maşın”la bağlı hər şeyi açdı “Onlar efirə getmədi, əlimi ona görə çəkdim ki...”

Mədəniyyət 21:26 03.01.2019

Xəyalə çox mübariz oyunçu idi, onun iradəsinə heyranam. Təbii ki, Xəyalənin yerinə Sərxanla finalda olsaydıq, nəticələr başqa cür olacaqdı, amma mən oyundan qızları çıxara bilməzdim. Hələ Sərxanı çıxartdığım üçün indiyə qədər üzülürəm, 100 dəfə ondan üzr istəmişəm”.

Eurasia Diary xəbər verir ki, bu sözləri “Maşın şou”da aktrisa Xəyalə Quliyeva ilə finala qalan aparıcı Ranar Musayev deyib. O, instaqram hesabında geniş açıqlama yayaraq maşından əlini çəkməsinin səbəblərini izah edib:

“Heyf ki, finalda əlimi çəkdikdən sonra baş verənlərin ardı efirə getmədi. Əvvəla mənə 3-cü gecə güc gəlmişdi, istəsəm, davam edə bilərdim. Sadəcə bilirdim ki, udsam da, maşını Xəyaləyə verəcəm. Odur ki, nə onu, nə də özümü incitmək istədim. 2 gün maşın ətrafında durduq, bəsimiz idi. Əlimi çəkəndə mübahisəm maşına görə deyildi. Sadəcə Xəyaləyə dedim ki, sənin üçün vacib maşındır, mənə isə qalibiyyət hissini yaşamaq. Deyirdim ki, qalib mən olum, maşını sən götür. Xəyalə isə mənə inanmadı, etibar etmədi, bu da xətrimə dəydi. Bu səbəbdən də daha orada dayanmaq istəmədim, ona fikrimi söylədim və əlimi çəkib getdim. Sonra anladım ki, sözlərimlə onun xətrinə daha çox dəydim, nəinki o, mənim. Halım pis oldu, kömək çağırdım ki, məni Xəyalənin yanına aparın. Qayıdıb Xəyaləni öpdüm, qucaqladım, üzr istədim ki, qələbəsinə sevinə bilsin. Nəzərə alın ki, maşın ətrafında 50 saata yaxın dayanmışdıq, beyni və sözləri kontrol etmək çətin idi. Dekorasiyadakı fillər artıq canlanıb üstümə çıxırdı, yerdəki hind naxışları ilana çevrilib çiynimə sarılırdı, bu vəziyyəti yalnız bu şounun finalçıları anlaya bilər. Xəyalənin isə maşın istəyi mənim qalib olmaq istəyimdən daha artıq və vacib idi. Ona baxanda özümü saxlaya bilmirdim, mən maşını udsaydım, bununla yaşaya bilməzdim. Hər iki halda, udsaydım da, uduzsaydım da, maşın onun olacaqdı. Bu halda özümə sual verdim ki, Ranar sənə nə vacibdir? Qələbə, yoxsa azadlıq? Bu suala həyat prinsiplərimə uyğun olan cavab verdim və məsələ bitdi, əlimi çəkib getdim. Ona qədər sadəcə istəyirdim ki, Xəyaləyə mənə etibar edə biləciyini sübut edim. Bir tərəfdən də düşündüm ki, əgər o, indiyə qədər oyunda baş verənlər nəticəsində etibar etmədisə, bundan sonra da sübut etməyin mənası yoxdur. Digər tərəfdən anladım ki, bu sübut həm ona, həm də mənə baha başa gələ bilər”.

Aparıcı daha sonra qeyd edib ki, sağlamlığı onun üçün hər şeydən üstündür:

“Hər ikimiz yıxılana qədər əlimizi götürən deyildik. Burada mübarizə tək fiziki gücdən, iradədən və psixoloji vəziyyətdən asılı olmadı. Ürəyimin beynimə dedikləri daha üstün oldu, o da mənə əlimi maşından çəkdirdi. Başqa nə yuxusuzluq, nə ac-susuzluq, nə də digər təbii ehtiyaclar. Şounun ilk günündən artıq bilirdim ki, sona qalsam, maşın ehtiyacı olanın olacaq. Mənə isə sadəcə emosiya lazım idi. Qələbə hissi... Onu da aldım. Odur ki, özümü qalib kimi hiss edirəm. Oyun bitdi! Əsl qalib – Xəyalə finalçı oldu. Qaliblər isə müzakirə olunmur! Onun mübarizəsinə sadəcə heyran olmaq olar. Bir daha təbrik edirəm, maşın Xəyaləyə və ailəsinə düşərli olsun. Əsas odur ki, şoudan əvvəl bir-birimizə söz verdiyimiz kimi, oyunda baş verənlərdən asılı olmayaraq dost qalaq, elə də oldu. Məgər qələbə bu, deyilmi? Maşını udmadığıma görə heyfsilənmirəm, sevginiz ən böyük qazancımdır”.

 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı