Nəsimi əvvəl edam olunub, sonra dərisi soyulub İDDİA

Mədəniyyət 17:38 12.01.2019

Xəbər verildiyi kimi, 2019-cu il “Nəsimi İli” elan edilib.

Bununla bağlı ilk qərar dünən, yanvar ayının 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda verilib.

Dövlət başçısı iclasda yekun nitqinin sonunda bunları bildirib:

“...Mən keçən il noyabr ayında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışam.

Bu il biz İmadəddin Nəsiminin 650 illik yubileyini qeyd edəcəyik. Keçən il Bakıda və şairin doğulduğu Şamaxı şəhərində Nəsimi günləri, Nəsimi festivalı keçirilmişdir.

Bütün bunları və Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, mən 2019-cu ili “Nəsimi ili” elan edirəm...”.

Dünən axşam saatlarında isə ölkə başçısının növbəti sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan edilib.

Qeyd edək ki, bu qərar və sərəncamdan sonra sosial şəbəkələrdə müzakirələr başlanılıb, mütləq əksəriyyət bu addımı dəstəkləyib, Nəsiminin şeirlərini, qəzəllərin paylaşıb.

Eyni zamanda, həyatdan faciəli şəkildə köçmüş Nəsiminin qətli, necə öldürülməsi ilə də bağlı yeni iddialar irəli sürülüb.

Belə iddialardan birini də öz “Facebook” statusunda tanınmış rejissor Əli İsa Cabbarov irəli sürüb.

O, iddia edib ki, Nəsimi əvvəl öldürülüb, sonra dərisi soyulub, insanları qorxutmaq məqsədi ilə.

Rejissor statusunda yazır:

“Yeri gəlmişkən, filmdən fərqli olaraq Nəsimini əvvəlcə edam edib sonra dərisini soyublar...

Bunu Ziya Bünyadovun müsahibəsində də oxumuşam, nizamişünas alim, BDU-da kafedra müdiri işləyən Mehdi Kazımov da bunu təsdiqlədi...”.

Qeyd edək ki, Azərbaycanın dahi şərqşünas-alimi mərhum Z. Bünyadovun bununla yazısı onun ölümündən sonra, bir vaxtlar rəhbərlik etdiyi və adını daşıdığı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutu tərəfindən nəşr edilən “Azərbaycan Şərqşünaslığı” jurnalının 2009-cu ildəki birinci nömrəsində çap olunub.

Eurasia Diary Oxu.Az-a istinadla həmin yazı-iddianı olduğu kimi təqdim edir:

“İndiyə qədər Nəsiminin ölümü haqqında xəbər bizə yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam Ensiklopedisi”ndə dərc olunmuş “Nəsimi” adlı məqaləsindən bəllidir (Bax: “İslam Ansiklopedisi”, İstanbul, 1964, cild 9, səh. 206-207). 

Məqalədə qısaca deyilir ki, Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti (815-824 hicri və ya 1412-1421-ci miladi illər) və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə (818-824 hicri və ya 1414-1424-ci miladi illər) olub.

Bu məlumat alimlərimiz tərəfindən sözsüz qəbul olunur və eynilə bütün tədqiqatlara köçürülür. Lakin Nəsiminin məhkəməsi necə keçib, kim əleyhinə danışıb, özü nə cavab verib, qətli haqda  sərəncamı kim verib - bütün bunlar oxuculara bəlli deyil.

Bundan başqa, Nəsiminin adı və haralılığı haqda məlumat da müxtəlif ərəb mənbələrində müxtəlifdir. Ərəb müəllifləri İbn Həcər Əsqəlani (1372-1449) “Ənba əl-qumr biəbna əl-umr” (“Həyat oğulları haqqında dolğun bilgi”), Şəmsəddin Səxavi (1427-1497) “əd-Da`əllami liəhl əl-qərn ət-tasi” (“9-cu hicri əsrinin əhli üzərinə parıldayan işıq”) və İbn əl-İmdad əl-Hənbəli (öl. 1678) “Şəzərat əz-zəhəb fi əxbari min zəhəb” (“Ölüb gedənlər haqqında xəbərlərdən qızıl dənəciklər”) əsərində aşağıdakı məlumatı verirlər:

“820-ci (1417) ildə Hələbdə yaşayan Şeyx Nəsiməddin Təbrizi öldürülmüşdür. O, Hələbdə hürufiyyə məzhəbinin şeyxi idi. Orada onun məsləkdaşlarının sayı artır, küfrü intişar edir və şöhrət qazanır.

Onun sərəncamları sultan əl-Müəyyəd Şeyxin onu öldürmək haqqında əmrinə qədər yerinə yetirilirdi. Onun başını kəsib, dərisini soydular və cəsədini çarmıxa çəkdilər”.

Beləliklə, üç ərəb orta əsrlər müəllifləri Nəsiminin adını İmadəddin yox, Nəsiməddin kimi və yer mənsubiyyətini Nəsimi və ya Şirvani yox, Təbrizi kimi qələmə alırlar.

Yalnız 1920-ci ildə vəfat etmiş Məhəmməd Raqib ibn Mahmud ibn Haşim ət-Təbbaq əl-Hələbinin “İlam ən-nubəla bitarix Hələb əş-Şəhra” (“Ali cənabların Boz Hələbin tarixi haqqında məlumatları”) adlı əsərində (Hələb, III c., 1925, s.15-16) Nəsiminin məhkəməsi və qətli haqqında bir qədər müfəssəl məlumat verilir.

Ancaq bu məlumatı da Məhəmməd Raqib 1479-cu ildə vəfat etmiş Əbuzər Əhməd ibn Burhan İbrahim Sibt ibn əl-Hələbinin “Künüz əz-zəhəb fi-tarix Hələb” (“Hələb tarixinə dair qızıl xəzinələr”) adlı əsərindən götürüb. Təəssüf ki, son əsər bizə gəlib çatmayıb. Lakin ehtimal etmək olar ki, Məhəmməd Raqib Nəsimi haqında məlumatı xətərsiz köçürüb.

Məlumatın mətni belədir:

“İmadəddin Nəsiminin qətli hekayəsi:

“Künüz əz-zəhəb”də deyilir ki, zındıq (bidətçi - red.) Nəsiminin qətli əmir Yaşbək ibn Abdulla əl-Yusifinin vaxtında olub.

Ona qarşı ittiham Hələbin Ədalət Sarayında şeyximiz ibn Xətibin və Şəmsəddin ibn Əminnəddövlənin hüzurunda irəli sürülüb.

Həmin zaman şeyxin naibi İzzəddin, malikilərin qazılar qazısı Fətxəddin və hənbəlilərin qazılar qazısı Şihabəddin də orada olub.

Nəsimi bir para ağılsız adamları azdırıb yoldan edib və bunlar onun küfrünə, zındıqlığına və mülhidliyinə (çoxallahlılıq) qoşularaq, onun ardınca gediblər.

İttiham ilə onun əleyhinə hənəfilərin qazılar qazısı İbn əş-Şənqasi çıxış edib. Bu hadisə qazıların və Hələb şəhəri üləmalarının hüzurunda baş verib və naib Yaşbək ona (Nəsimiyə - Z.B.) deyir:

“Sən öz dediklərini sübuta yetirməlisən, yoxsa mən səni öldürəcəyəm!”. 

Bu sözləri eşitcək İbn əş-Şənqasi ittihamdan imtina edir. Nəsimi isə iki dəfə kəlmeyi-şəhadət deməkdən savayı başqa bir söz demir və özünə qarşı deyilənləri inkar edir.

Bu anda hənbəlilərin şeyxi Şihabəddin durub malikilərin qazısı Fətxəddindən yuxarı başda oturub və həmin məclisdə fitva verib ki, Nəsimi zındıqdır və tövbəsi qəbul olunmadan öldürülməlidir. O (Şihabəddin - Z.B.) Fətxəddindən yuxarı başa keçib oturarkən Fətxəddin özünü ondan yan çəkir və Şihabəddin ona deyir: “Nə üçün onun qətlinə fitva verilməsin?”.

Fətxəddin isə ona deyir, “olmaya öz əlinlə ona ölüm hökmü yazmaq istəyirsən?” Şihabəddin: “Bəli!” deyə cavab verir. Sonra o, fitva sənədini tutub yazır və öz yazısını şeyximiz ibn Xatibə və iştirak edən qalan qazı və üləmalara təqdim edir. Onlar isə onun fitvasına razılıq vermirlər və Fətxəddin ona deyir: “Qazı və üləmalar səninlə razı olmadıqları halda, mən sənin sözünlə ona necə ölüm hökmü kəsə bilərəm?”.

Əmir Yaşbəksə söyləyir: “Mən onu öldürə bilmərəm, çünki sultan Əl-Müəyyəd göstəriş verib ki onu (sultan - Z.B.) məsələdən xəbərdar edim. Belə ki, mən sultanın Nəsimi barəsində nə kimi sərəncam verəcəyini gözləməliyəm”.

Məclis bununla dağılır və Nəsimi naib Yaşbək yanında, ədalət sarayında dustaq qalır. Onun işi ilə sultan əl-Müəyyədi tanış etdilər. Bundan sonra Yaşbəkə göstəriş gəlir ki, dustaq zindana köçürülsün. Nəsimini aparıb qala həbsxanasına salırlar.

Sonra isə Sultan əl-Müəyyədin sərəncamı gəlir çatır ki, Nəsimi öldürülüb dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilib əyan edilsin, sonra da cəsədi parça-parça edilsin: bir qismi Əlibəy Zülqədərə və onun qardaşı Nəsrəddinə göndərilsin. Belə ki, Nəsimi onların da inamlarını pozmuşdu.

Nəsimi ilə elə belə də etdilər.

O kafir, mülhid bir adam idi. Allah bizi onun söz və əməllərindən hifz edib qorusun! Amma onun lətif şeirləri vardır!

Bu sözlərdən sonra Məhəmməd Raqib yazır:

“Mən deyirəm ki, Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı”  adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona “Nəsimi təkyəsi” deyirlər”.

Bu mötəbər məxəzlərdən gətirilən məlumat göstərir ki, Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. 

Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır...”.

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Hamısı