YouTube Music - Google-da kliplərə baxmaq və musiqiyə qulaq asmaq üçün janra, ifaçıya, albomlara, konsertlərə və əhval-ruhiyyəyə görə çeşidlənmiş musiqi xidmətidir.
Eurasia Diary-nin Afişa Daily-ə istinadən verdiyi məlumata görə, YouTube Music "2019-cu ildə kimə qulaq asaq" adlı pleylist hazırlayıb. Musiqi xidməti burada onun fikrincə bu il populyar olacaq Rusiyanın ən maraqlı yeni ifaçılarının kompozisiyalarını toplayıb.
YouTube Music-in versiyasına görə, 2019-cu ildə Rusiyada daha da populyarlaşacaq musiqiçilər arasında əkiz qardaşlar Rauf və Faiq Mirzəyevlər də daxildir. Qeyd edək ki, Azərbaycanlı qardaşların 2018-ci ildə MDB ölkələrində populyarlıq qazanan duetinin YouTube-da çoxmilyonlu baxış sayı var.
Məsələn, Rauf və Faiq Mirzəyevin "Uşaqlıq" mahnısını YouTube-da 53 milyondan çox insan dinləyib.