“Burada yaşananlar dünya üçün bir utancdır" Portuqaliyalı qonaqlar 20 Yanvar faciəsindən danışır

Mədəniyyət 11:30 21.01.2019

Beynəlxalq təşkilatların üzvü olan bir qrup portuqaliyalı ekspert ölkəmizdə səfərdədir. 20 Yanvar faciəsinin ildönümü ərəfəsinə təsadüf eliyən səfər zamanı onlar Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Ziyarətdən sonra qonaqlar Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində olaraq, Fondun prezidenti Umud Mirzəyevlə görüşüblər.

 

Umud Mirzəyev qonaqları 20 Yanvar faciəsinin tarixi və günahsız insanların vəhşicəsinə qətli barəsində məlumatlandırıb: "Biz bilirik ki, qərənfil Portuqaliya inqilabının simvolu sayılır. 20 Yanvar faciəsindən sonra bu simvol Azərbaycan üçün də həssas məna kəsb edir. Bu əlamət bizim ölkələrimizi mənəvi olaraq bir- birinə bağlayır."

 

Qonaqlar səfər təəssüratlarını Eurasia Diary ilə bölüşüblər.

 

Mədəniyyətlərarası Assosiasiyanın rəhbəri Aleksandr Kutinyo Azərbaycan haqqında təəssüratlarını dilə gətirib.

 

"25 aprel 1974-cü ildə Portuqaliyada "Qərənfil İnqilabı" baş verib, ordu hökümətə qarşı ölkədə nəzarəti ələ aldı, amma bir güllə belə atılmadı. Onlar əllərində bir az əvvəl Xiyabanda gördüyümüz bu güllərlə meydanlara axışmışdılar, qərənfilləri burda görmək mənə çox təsir etdi" - deyə, Aleksandr bildirib.

 

A.Kutinyo daha sonra əlavə edib: "Qorbaçov barədə kifayət qədər informasiyam var, Sovet İttifaqını yaxşı tanıyıram, Sovet İttifaqını bitirdiyi üçün Qorbaçovu yaxşı bir prezident kimi tanıyırıq, amma biz burada edilənlər barədə məlumatları bildikdə fikirimiz dəyişdi"

 

"Burada olduğumuza çox şaddıq, çox dinc, sakit ölkəniz var. Bakı çox təhlükəsiz və gözəl şəhərdir, milli yeməklərdən daddıq, həqiqətən, çox gözəl idi" – bunu psixoloq Karolina Lourenso deyir. "Buraya gələnə qədər ölkə ilə bağlı kifayət qədər məlumatım yox idi. Qanlı Yanvarda nə baş verdiyini hər kəsin bilməyi lazımdır, çünki biz yenə eyni səhvləri təkrarlaya bilmərik".

 

Karolina Lourenso Bakı ilə bağlı hisslərini belə ifadə etdi: "Biz şəhərdə gəzərkən, burada  Asiya və Avropa arasında gözəl bir qarışığın mövcudluğu barədə söhbət edirdik. Yenidən buranı görmək üçün şəhərinizə təkrar gəlmək istəyirəm".

 

Mülki və ətraf mühit Mühəndisi Pedro Pinto şəhərin gözəlliyi və Bakıda müxtəlif üslubların mövcudluğu barədə danışdı:

 

"Mənim Qara Yanvar haqqında məlumatım yox idi, bu barədə dünya mətbuatında çox az məlumat var. Biz dəfələrlə bu cür faciələrə toxunmalıyıq və burada yaşananlar dünya üçün bir utancdır ".

 

"Bakıya gəlməzdən əvvəl şəhərin fotoşəkilləri və videolarını gördüm, amma burada gəldiyim zaman daha çox təəsirləndim" - dizayner Ana Almeyda söyləyib.

 

"20 Yanvar haqqında məlumat üçün təşəkkür edirik. Bu cür dəhşətlərin təkrar baş verməməsi üçün bu günü xatırlamaq olduqca vacibdir"

 

Layihə meneceri Vitor Mendes Bakıda ikinci dəfə olduğunu və ilk səfərindən bəri  şəhərin çox inkişaf etdiyini söylədi:

 

"Mən 2008-ci ildə Bakıda olmuşam, bu 10 ildən müddətində 40-dan çox şəhərə səfər eləmişəm, amma heç vaxt Bakıya bənzər şəhəri görmədim. Portuqaliyaya gəldiyim gün Bakıya təkrar gəlmək üçün özümə söz verdim. Aleks mənə Azərbaycanla əməkdaşlıq etmək şansımızın olduğunu söyləyəndə mən çox sevindim".

 

"Mən burada olanda, Qara Yanvar haqqında məlumat almışdım, dərindən təəssüfləndim və çox qəzəbləndim, çünki insanlar dinc nümayişə çıxanda ordunun onlara hücum etməsi çox kədərlidir".

 

Xoş təəsrütlarla ayrılan qonaqlar yenidən ölkəmizə səfər edəcəklərini bildiriblər. Onlar dünyanı sülh və birliyə səsləyərək, 20 Yanvar kimi hadisələrin bir daha təkrarlanmamasını və günahsız insanların qətl edilməməsini diləyiblər.

 

Müsahibəni götürdü: Ülvi Əhmədli 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Hamısı